Sizin reklam burada
Sizin reklam burada
  • Deputatlardan sərt təkliflər

    Deputatlardan sərt təkliflərPlenar iclasdan

    Xəbər verildiyi kimi, mayın 21-də Milli Məclisin yaz lsessiyasında növbəti plenar iclası keçirildi. İclasın gündəliyinə 23 məsələ daxil edilmişdi.
    Cari məsələlərin müzakirəsindən sonra gündəlikdəki Qanun layihələrinə baxıldı.
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, ölkəmizin məhkəmə sisteminin müasir formada fəaliyyət göstərməsi üçün cənab Prezidentin müəyyən etdiyi istiqamətlər üzrə Milli Məclis tərəfindən həyata keçirilmiş zəruri qanunvericilik tədbirləri nəticəsində tətbiq olunan yeniliklər barədə məlumat verdi. Deputatlardan sərt təkliflər
    N. Səfərov diqqətə çatdırdı ki, institusional dəyişikliklər sırasında sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması, sahibkarlıqla bağlı mübahisələrə bu sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasının təmin edilməsi məqsədilə 2020-ci ildən ölkənin bütün bölgələrində 6 kommersiya məhkəməsi və ayrıca inzibati məhkəmələr təsis edilib, yeni Sumqayıt Ağır Cinayətlər Məhkəməsi yaradılıb. Elektron məhkəmə-informasiya sistemi istifadəyə verilərək hazırda ölkə üzrə 70 faiz məhkəmədə tətbiqinə nail olunub. Bu sistem insanlara məhkəməyə gəlmədən elektron formada müraciət etmək və proses barədə məlumatları elektron daşıyıcıda almaq imkanları yaradır.
    Nizami Səfərov bildidi ki, daim inkişafa ehtiyacı olan məhkəmə sistemində hakim korpusunda müvafiq təyinatların həyata keçirilməsi xüsusi yer tutur. Milli Məclisin bugünkü plenar iclasında namizədlikləri müzakirəyə çıxarılmış şəxslər təcrübəli və savadlı hüquqşünaslardır.
    Müzakirələr zamanı komitə sədrləri Ziyafət Əsgərov, Siyavuş Novruzov, deputatlardan Qüdrət Həsənquliyev, Razi Nurullayev, Fəzail Ağamalı, Jalə Əliyeva, Sabir Rüstəmxanlı, Aydın Mirzəzadə, Etibar Əliyev və Jalə Əhmədova namizədlər barədə fikirlərini bildirdilər.
    Sonra Azərbaycan Respublikası Ali Məhkəməsi və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi; Bakı, Sumqayıt və Şirvan Apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi; Gəncə və Şəki Apellyasiya məhkəmələri hakimlərinin təyin və azad edilməsi haqqında təqdimatlar səsə qoyularaq təsdiqləndi.
    Çıxış edən deputatlar sırasında ənənəvi olaraq daha ciddi məsələlərə toxunan deputat Razi Nurullayevin və Sabir Rüstəmxanlının fikirlərini olduğu kimi təqdim edirik.
    Deputatlardan sərt təkliflər
    Millət vəkili Razı Nurullayev:
    -Hörmətli hakimlər, inanıram ki, sizlər həqiqətən də ədalətin keşikçisi olacaqsınız. Bu gün xeyli məsələ ətrafında danışacaqdım. Belə alındı ki, hörmətli deputat həmkarım Nizami Səfərovla müzakirələr apardıq və bir çox məsələləri müzakirə edib ortaq müstəviyə gəldik. Bəzi təkliflərimi də məhkəmə -hüquq şurasına təqdim edəcəyəm.
    Nizami müəllimə əməkdaşlıq üçün təşəkkür edirəm. İnanıram ki, Azərbaycan yeni sivil müstəviyə qədəm qoymaq ərəfəsindədir və narahatedici məqamlar iqtidarla müxalifət arasında ictimailəşmədən də həllini tapa bilər. İnanıram ki, qaldırdığımız məsələlərin həllinə şahidlik etməklə, bu tip əməkdaşlığı daha da genişləndirə bilərik. Amma gərək müəyyən nəticələr də ortada olsun. Necə deyərlər, hörmət hörmətə, izzət isə izzətlə bağlıdır. Ədalətin üzə çıxarılması bəzən çox çətin və bezdirici olur.
    Hörmətli hakimlər, sizdən xahişim səbrlə, zaman tanımaqla və ədaləti mizan tərəzisində ölçməklə qərarlar çıxarmağınızdır. Biz millət vəkilləri sizlərin dostu və dəstəkçisi olmağa hazırıq, yetər ki, ədalət tərəzisinin mizanı pozulmasın.
    Deputatlardan sərt təkliflər
    Millət vəkili Sabir Rüstəmxanlı:
    -Müstəqil dövlətin nüfuzunun yüksəldilməsi, xalqla hakimiyyət arasındakı inamın, etimadın güclənməsi, ölkənin beynəlxalq statusunun artması baxımından məhkəmə hakimiyyəti son dərəcə mühüm bir sahədir. Təəssüf ki, xalqın ən çox müraciət elədiyi orqan olduğuna görə məhkəmədə narazılıqlar da çox olur və bu narazılıqların bir hissəsi gəlib bizə də çatır. Məhkəmə sistemi heç də göydən düşmə, yalnız dünya standartları baxımından gözdən keçirilməli deyil. Avropada mən bilmirəm hüquq hansı səviyyədə olan vaxtlarda, orta əsrlərdə Azərbaycanda bir qazilik qurumu var idi ki, hətta hakimlər o qazilərin fikrini dəyişə bilməzdi. Qanun nə deyirdisə, o olmalı idi. Heç Padşah da onu dəyişə bilməzdi. Amma təəssüf ki, bizim məhkəmələr bu baxımdan ələbaxan, bəzən müəyyən vəziyyəti nəzərə alaraq hökm verir, qərar çıxarır.
    Mən, xüsusən vəkillik statusunun gücləndirilməsini Azərbaycanın məhkəmə sistemi üçün son dərəcə zəruri hesab edirəm.
    Qeyd etdiyim, subyektiv məsələlərin məhkəmə sisteminin nüfuzuna təsir göstərməsini təsdiq eləmək üçün bir xırda fakt da deyəcəyəm. Bilirsiniz, dünyada məhkəmə işinin cinayətə münasibətinin bir fəlsəfəsi var və bu qədimdən gedən bir prosesdir. Bu ondan ibarətdir ki, cinayətə görə cəza yüngülləşdirilsin, mümkün qədər cərimələrlə əvəz olunsun, həbsxanalar məhbuslarla doldurulmasın. Dünya yaranandan cinayət var, günah var, cəza var. Amma mümkün qədər cəzanı yüngülləşdirmək lazımdır. Bir faktı diqqətinizə çatdırmaq istəyirəm. Niyaz Niftiyev adlı bir tanınmış jurnalist dostumuz var. Mətbuat Şurası İdarə Heyətinin üzvü olub. 25 ildir bu sahədə fəaliyyət göstərir. "Tərəqqi" medalı alıb. Prezident ona ev hədiyyə edib. Bir neçə elmi kitabın müəllifidir. Sonra səhv edib, ürəyi istəyib, gedib Binəqədidə bələdiyyəyə üzv seçilib. Ardınca bunu orda sədr seçiblər. Bir həftə keçməmiş saxta arayışlara imza edib, guya 214 manat rüşvət almaq üstündə buna məhkəmədə iş açıblar və həmin dəqiqə də həbs ediblər. Təsəvvür edin ki, üstündən bir il, 3 ay keçir. Bu müddətdə məhkəmə işi başa çatmayıb. Bu adam həbsdədi. Bunun ailəsi var. Oğlu hərbi xidmətdədir, xəstə anası var. Bu vaxtadək cəza verilməyib, hökm çıxarılmayıb. Bəs, bunu orda niyə saxlayırlar. Bu cür adamlar kənarda qala bilməz. Tanınmış jurnalistdi. Onun keçdiyi yola hörmət eləmək lazımdı.
    Buna bənzər hallar çox olur. Gəncədə bir əsgər Kəlbəcərdə döyüşüb, medal alıb. Bir zabit dostu maşını tapşırıb ona. Cavandılar, maşına oturub gediblər gəzməyə, qayıdanda maşının bir qanadı 700 manatlıq əzilib. Ailəsi yığılıb ki, ay balam, bu maşının əvəzinə təzəsini alıb verək bu adama. -Yox, bu gərək getsin məhkəməyə və hərbçi həbs olunsun.
    Bu necə yanaşmadır? Bəs, Vətən uğrunda döyüşən bu hərbçilərin psixologiyası necə olsun? Beləmi yanaşılmalıdır Qarabağda can qoyan döyüşçülərimizə? Ona görə məhkəmə-hüquq sistemində bu kimi həssas məsələlərə obyektiv yanaşılmalıdır.
    Deputatlardan sərt təkliflər
    "Dövlət satınalmaları haqqında" Qanun layihəsinin müzakirəsi zamanı isə çıxış edənlərdən deputat Aydın Hüseynov daha tutarlı arqumentlərlə fikirlərini səsləndirdiyindən çıxışı olduğu kimi təqdim edirik:
    -Bu qanun çoxdan qəbul olunduğu ücün yeniləşməsinə və müasir tələblərə, çağırışlara, konkret olaraq isə dövlətin həyata keçirdiyi satınalmalar prosesinə odekvat olmalıdı. Hesab edirəm ki, burdakı dəyişikliklər qismən də olsa, bu tələblərə cavab verir. Çünki dövlət büdcəsinin özünün olması əsas şərtdir. Ancaq bununla belə dövlət büdcəsinin xərclərinin həyata keçirilməsi, xidmətlərin və malların alınması hansı şəkildə həyata keçiriləcək, onun keyfiyyəti nədən ibarət olacaq, hansı müddətdə olacaq ki, bu dövlət büdcəsinin rüblər ərzində xərclənməsinin düzgün şəkildə həyata keçirilməsi təmin edilsin? Bax, bunların hamısı nə qədər mükəmməl olarsa, effektivlik də bir o qədər səmərəli olar. Təkcə ailə təsərrüfatından götürək ki, vəsaitin olması, ailənin büdcəsi və o nə alınacaq, hansı müddətdə, hansı keyfiyyətdə alınacaq suallarını ortaya çıxarır. Elə dövlət büdcəsi də təxminən bu şəkildədir. Bayaq hörmətli Tahir müəllimin də dediyi kimi, o 6 milyard yarım dövlət büdcəsinin vəsaitindən başqa, deməli dövlət zəmanəti ilə götürülən kreditlərlə aiddir, nizamnamə kapitalı 30 faizdən çox olan müəssisələrin aldıqları və göstərilən xidmətlərin satınalmasına aiddir, digər tərəfdən büdcədənkənar fondlara aiddir. Bütövlükdə biz görürük ki, doğrudan da çox böyük bir prosesi bu qaydada bu qanunlar özündə ehtiva edir.
    Hesab edirəm ki, təkcə satınalmalar bu protokolların, bu prosedurların tənzimlənməsi ilə yox, digər tərəfdən sonrakı prosesləri də nəzarətdə saxlamalıdır. Hörmətli Zahid müəllim də bayaq qeyd elədiyi kimi, tutaq ki, hər hansı komitə, nazirlik müəyyən dərəcədə öz işinin bir hissəsini bu istiqamətə yönəldir. Düşünürəm ki, həmin o funksiyaların önəmli bir hissəsini İqtisadiyyat Nazirluliyinin nəzdindəki Satınalmalar Dövlət Agentliyi öz üzərinə götürməlidir.
    Yeni qanunun qəbul olunması ilə də bağlı Sahil müəllim iştirak etdiyi yığıncaqda da bu fikirləri səsləndirdi. Hesab edirəm ki bu doğurdan da mühüm bir addım olacaq.
    Digər tərəfdən həmkarlarımın fikirlərini səsləndirirəm və buna öz fikirlərimi də əlavə etmək istəyirəm. Doğurdan da qəzetlərdə də çap olunması lazımdı. Çünki, bu proseslərdə sahibkarlar iştirak edir, ayrı-ayrı müəssisələr iştirak edir. Onların əksəriyyəti həmin qəzetlərə abunə olublar və həmin qəzetlərə abunəə olmaqla yanaşı, onların imkanlarından istifadə etmək istəyirlər.
    Düşünürəm ki, həm o məlumatın qəzetlərdə daim dəyişməz olması və arxivləşməsi prosesi gedir, həm də müəyyən keçid mərhələsi baxımından elanların internet resursları ilə yanaşı, qəzetlərdə də çap olunmasını məqbul hesab edirəm və bütövlükdə qanunun özünü müsbət dəyərləndirirəm.
    Deputatlardan sərt təkliflər
    "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında" qanun layihəsi ilə bağlı bir qədər də emosional çıxış edən millət vəkili Elman Məmmədov dedi:
    -Bu sahədə artıq müəyyən narazılıqlar yaranıb. Mən bu məsələylə bağlı mətbuatda bir neçə dəfə mövqeyimi bildirmişəm. Mövqeyim belədir; insan canını Vətən uğrunda qurban verib, şəhidlik zirvəsinə yüksəlib. Şəhidlik zirvəsindən yüksək zirvə, bundan yüksək bir müqəddəs ad yoxdur. Bu insan daha neyləməli idi ki, adına küçə verilsin, məktəb verilsin və sair? Hökmən bu orden və medalla təltif olunmalıdımı? Onun ordeni də, medalı da, qəhrəman adı da şəhidlik adında öz əksini tapıbdır. O, şəhiddir. Bəs, biz niyə görə ayrı-seçkilik qoymalıyıq ki, bu şəhid orden-medalla təltif olunubdur, bunun adına nə isə, küçə və yaxud məktəb vermək olar, bu şəhidin orden-mədalı yoxdur, onun adına heç nə vermək olmaz. Bu düzgün yanaşma deyil, ədalətsiz yanaşmadır.
    Hörmətli Razi müəllimin toxunduğu digər məsələ barədə fikirlərimi bildirmək istəyirəm. Birinci Qarabağ müharibəsi dövründə şəhid olanlarımızla ikinci Qarabağ müharibəsində şəhid olanlar arasında fərq qoyulur. Şəhidin köhnəsi, təzəsi yoxdu. Şəhid, elə şəhiddir.
    Birinci Qarabağ müharibəsi şəhidləri var. Rayonlarımızda onların məzarları var. Mən bir neçə rayonun adın çəkə bilərəm. Çünki o rayonların icra başçıları ilə şəxsən telefonla danışmışam. Gedib görüşmüşəm ki, sənin ərazində filan kənddə, filan yerdə şəhid məzarları var. Sən heçbir dəfə gedib görmüsən o şəhid məzarını? O məzarlar bu gün nə gündədir, xəbərin varmı? Niyə maraqlanmırsız. Biri deyir, pulumuz yoxdur, o biri başqa bir bəhanə gətirir. Görürsünüz, 44 günlük Vətən müharibəsi şəhidlərinin məzarları haqqında Qaradağ rayonu ərazisində müəyyən problemlər də yarandı. Bəs, yaxşı, bu insanlar Qarabağ müharibəsi uğrunda, Vətən torpaqları uğrunda şəhid olublar. Niyə onların məzarları baxımsız qalmalıdır? Niyə o şəhid ailələrinin mənzillə təmin olunmasında, onlara müəyyən güzəştlərin olunmasında problemlər yaranmalıdır?
    Mən bu məsələyə münasibətimi ona görə bildirdim ki, qoy, bəzi məmurlar, icra başçıları, nazirliklər, komitələr bundan nəticə çıxarsınlar. Şəhid bir-birindən fərqləndirilməməlidir. Bu, ən yüksək müqəddəs zirvədir. Bu, şəhiddir.
    Deputatlardan sərt təkliflər
    Bəradər SƏMƏNDƏRLİ

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ