Sizin reklam burada
Sizin reklam burada
  • Dünya Ahıska Türkləri Birliyinin sədri Milli Məclisdə olub

    Dünya Ahıska Türkləri Birliyinin sədri Milli Məclisdə olub Aprelin 22-də Milli Məclis Sədrinin müavini Adil Əliyev Dünya Ahıska Türkləri Birliyinin sədri Ziyəddin Kassanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
    Qonaqları salamlayan vitse-spiker 2020-ci ilin Şanlı tariximizin ən parlaq səhifələrindən biri olduğunu qeyd edib. Bildirib ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun qazandığı tarixi qələbə uzun illər yaddaşlardan silinməyəcək.
    Adil Əliyev ölkəmizin Azərbaycanda yaşayanbütün xalqların vahid Vətəni olmasına, hərkəsin tolerant mühitdə yaşadığına diqqət çəkərək, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan xalqının ölkə başçısının ətrafında sıx birləşərək düşmənə döyüş meydanında sarsıdıcı zərbə vurduğunu qeyd edib.Sədr müavini Ermənistanın 30 illik işğalınahəmişəlik son qoyulduğuna, dünyanın Ermənistanın törətdiyi cinayətlərə qarşı hələ də səssiz qalmasına diqqət çəkib.
    Vitse-spiker faşizmin Ermənistanın dövlət siyasətinin ana xətti olmasını vurğulayaraq işğaldan azad edilmiş ərazilərimizdəErmənistan tərəfindən törədilmiş vəhşiliklərdən danışıb, bütün tikililərin, məscidlərin, dini ziyarətgahların, tarixi abidələrin dağıdıldığını,onların bu əməlləri nəticəsində dilbər guşələrimizin məhv edildiyini qeyd edib. Adil Əliyev Ermənistanın müharibədə məğlubiyyətə uğrayaraq təslim olmasına baxmayaraq, bugünə qədər minalanmış sahələrin xəritələrinin ölkəmizə verilmədiyini, bu səbəbdən də vətəndaşlarımızın minaya düşərək həlak olduqlarını və xəsarət aldıqlarınıqonaqların diqqətinə çatdırıb.
    Ermənistanın minalanmış sahələrin xəritələrini verməməsinin növbəti hərbi cinayət olmasına diqqət çəkən Sədr müavini, həm də işğal altında olan torpaqlarımızın bütün maddi sərvətlərinin, təbii ehtiyatlarının düşmən tərəfindən mənimsənildiyini, həmin ərazilərdə olan qızıl, mis yataqlarının Ermənistan və onun xarici müttəfiqləri tərəfindən dayanmadan talan edildiyini bildirib.Qeyd edib ki, hazırda ölkəmizə dəyən ziyanın hesablanması ilə əlaqədar olaraq xarici mütəxəssislərin iştirakı ilə komissiyalar fəaliyyət göstərir və dəyən ziyan qiymətləndirildikdən sonra ərazilərdəki abadlıq və quruculuq işləri daha da intensiv hal alacaq.
    Dünya Ahıska Türkləri Birliyinin sədri Ziyəddin Kassanov səmimi görüş üçün minnətdarlığını bildirərək, Azərbaycanda yaşayan ahıska türklərinin də digər millətlərlə bərabər firavan bir mühitdə yaşadığınıdiqqətə çatdırıb. Azərbaycanınqazandığı tarixi qələbədən danışanqonaq bu Qələbənin türk dünyası tarixində mühüm yeri olduğunubildirib. O, Birliyin çap etdiyi nəşrlərdə Azərbaycan Respublikası Prezidentinin çıxışlarına xüsusi yer verildiyini, hazırda yaşadıqları Qazaxıstan Respublikasında Azərbaycanın Vətən müharibəsi dövründə haqq səsini ucaltdıqlarını qeyd edib. Qonaq bundan sonra da Azərbaycanın maraqlarının müdafiəsi istiqamətində ciddi səylə çalışacaqlarınıdiqqətə çatdırıb.
    Görüşdə iştirak edən Türkiyə Cümhuriyyətinin ölkəmizdəki sabiq səfiriHulusiKılıç AzərbaycanınVətən müharibəsində qələbəsindən danışıb, ölkəmizin Cənubi Qafqazın lideri olmasından qürur duyduğunu qeyd edib.
    Sonra görüşdə tərəfləri maraqlandırandigər mövzularda da fikir mübadiləsi aparılıb.
    Dünya Ahıska Türkləri Birliyinin sədri Milli Məclisdə olub



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ