Sizin reklam burada
Sizin reklam burada
  • Deputatlardan ciddi təklif və müzakirələr

    Plenar iclasdan
    Deputatlardan ciddi təklif və müzakirələr Aprelin 2-də spiker Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirildi. İclasda 13 məsələdən ibarət gündəlik təsdiqləndikdən sonra cari məsələlərin müzakirəsinə başlanıldı. Müzakirə zamanı deputatlar Məlahət İbrahimqızı, Siyavuş Novruzov, Fazil Mustafa, Ceyhun Məmmədov, Zahid Oruc, Şahin Seyidzadə, Bəhruz Məhərrəmov, Sədaqət Vəliyeva, Aydın Mirzəzadə və Aqil Abbas bir sıra aktual məsələlərə münasibət bildiriblər, təkliflərini diqqətə çatdırıblar.
    Deputatlardan ciddi təklif və müzakirələr
    Millət vəkili Sədaqət Vəliyeva çıxışı zamanı bir sıra mühüm məqamlara toxunaraq dedi:
    - Kəlbəcərin işğalı zamanı 58 mindən artıq soydaşımız məcburi köçkün oldu, 500-dən artıq insan öldürüldü, 300-dən çox soydaşımız isə əsir düşdü. Lakin bütün bunlara baxmayaraq Azərbaycan 27 il sonra şanlı Ordusunun və müzəffər Ali Baş Komandanı İlham Əliyevin sayəsində bir güllə belə atmadan Kəlbəcəri işğaldan azad etdi. Şəhidlərin və köçkünlərin qısası alındı. Bu səbəbdən də xalq xəyanətkarları da, qəhrəmanları da yaxşı tanımalı, tarixi unutmamalıdır.
    Millət vəkili çıxışı zamanı tarixi aprel döyüşlərinə toxunaraq bildirdi ki, 2016-cı il aprel dôyüşləri zamanı düşmən təxribatıın qarşısı cəsur döyüşçülərimiz tərəfidən igidliklə alındı, həyata keçirilən uğurlu əməliyyatlar sayəsində 2000 hektardan artıq torpaq sahəmiz düşməndən geri alındı. Bu, "Böyük qayıdış"ın başlanğıcı idi. Azərbaycanın yenilməz Ordusu 4 günlük aprel döyüləri ilə xalqımıza böyük lbə sevinci yaşatdı. Bu sevinc, bu qələbə isə müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu diplomatik siyasəti nəticəsində əldə olundu.
    Deputat qeyd etdi ki, aprel döyüşləri Azərbaycan tarixinə şanlı səhifə kimi yazıldı. Bu Zəfər Azərbaycan əsgərinin döyüş və mənəvi psixoloji hazırlığının, qələbə əzmini yüksək olduğunu nümayiş etdirdi. Dövlətimizin və Ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyin Azərbaycanın heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir dahasübut etdi. "Bir daha biz torpağec kəsə verməyəcəyik! Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!"-deyən müzəffər Ali Baş Komandanın sayəsində ancaq qələbə və zəfər günlərini qeyd edəcəyik.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onları qürurla anırıq, ruhları qarşısında baş əyirik.
    Millət vəkili çıxışının sonunda onu da vurğuladı ki, 44 günlük Vətən müharibəsindən sonra müntəzəm olaraq şəhid ailələrinin müraciətləri ilə rastlaşırıq və bu mənada xahiş edərdim.ki, şəhidlərin adlarının əbədiləşdirilməsi məqsədilə yaşadıqları ərazilərdə xatirə kompleksləri ilə bağlı Bakı şəhər icra hakimiyyəti və rayon icra hakimiyyətləri mütəşəkkil qaydada kompleks tədbir həyata keçirsinlər ki, narazılıqlar aradan qaldırılsın.
    Deputatlardan ciddi təklif və müzakirələrMillət vəkili Qənirə Paşayeva "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsinə dair qanun layihəsi ilə bağlı fikirlərini səsləndirdi:
    - Biz Azərbaycan Parlamentlərarası dostluq qrupu olaraq bu sazişi dəstəkləyirik. Bunu birmənalı şəkildə vurğulamaq istəyirəm ki, Pakistan hər zaman Azərbaycana ən yüksək səviyyədə dəstək verib və Azərbaycan da qarşılıqlı olaraq hər zaman dost Pakistana ən yüksək səviyyədə dəstək verib. Azərbaycan-Pakistan münasibətləri ümummilli liderimiz Heydər Əliyevin siyasətində həmişə xüsusi yer tutub, eləcə də cənab Prezidentin siyasətində daim xüsusi yer tutub, birinci vitse-prezidentimiz hörmətli Mehriban xanımın Pakistanda həyata keçirdiyi humanitar layihələr təbii ki, Azərbaycan-Pakistan münasibətlərinin inkişafında öz böyük töhfələrini verib. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan-Pakistan münasibətlərinin daha da inkişafı üçün 44 günlük Vətən müharibəsi dövründə qardaş, dost Pakistanın verdiyi dəstək heç zaman Azərbaycanda unudulmayacaq və bu əlaqələr daha da inkişaf edəcək. Təbii ki, bu bizim hamımız üçün örnəkdir.
    Millət vəkili çıxışında Parlamentin spikerinin bu istiqamətdə fəaliyyətinə toxunaraq qeyd etdi ki, hörmətli Sədr, Siz Pakistan parlamentinin rəhbərliyi ilə bir neçə dəfə görüşüb müzakirələr aparmışıq. Son seçkilərdən sonra sizin dostluq qrupunun qarşısında qoyduğunuz vəzifələrdən biri parlamentlərarası münasibətlərin daha da inkişafı ilə bağlıdır. Məhz sizin dəstəyiniz ilə təbii ki, pandemiya səbəbindən qarşılıqlı səfərlərdə problemlər, məhdudiyyətlərin yaranmasına baxmayaraq, onlayn platformasında bir neçə dəfə Pakistan parlamentində geniş müzakirələr keçirilib və son müzakirələr Xocalı soyqırımının ildönümündə keçirildi. Yenə də Pakistan parlamentinin yüksək rütbəli rəsmiləri dostluq qrupunun səviyyəsində Xocalı soyqırımı ilə bağlı bəyanatlar, açıqlamalar verildi. Onlar birmənalı şəkildə vurğuladılar ki, biz bundan sonra da dost-qardaş Azərbaycanın yanında olmaqda davam edəcəyik. Dövlətimizin də, hökumətimizin də mövqeyi bundan ibarətdir. Azərbaycan-Turkiyə-Pakistan arasında üçtərəfli formatda əməkdaşlığın genişlənməsi ilə bağlı aparılan, görülən işlər artıq bölgədə yeni bir əməkdaşlıq mühitinin inkişafına da imkan verir. Təbii ki, biz də bu istiqamətdə parlamentlərarası əlaqələr çərçivəsində səyimizi əsirgəməməyə hazirıq və inanırıq ki, bu müstəvidə münasibətlər daha da inkişaf edəcək.
    Deputatlardan ciddi təklif və müzakirələr Sonra gündəlikdəki növbəti iki məsələ-"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" və "Veteranlar haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxıldı. Mahiyyətcə yaxın olan qanun layihələrinin müzakirəsi zamanı çıxış edən millət vəkili Aydın Hüseynov dedi:
    - Ölkə Prezidenti cənab İlham Əliyevin, eləcə də birinci vitse-Prezident Mehriban xanım Əliyevanın bu sahədəki fəaliyyəti, mövqeyi, şəxsi təşəbbüsləri cəmiyyət üçün əsl nümunədir. Hörmətli Sahibə xanımın rəhbərliyi ilə həm parlamentimiz, həm millət vəkilləri öz səlahiyyətləri və imkanları daxilində bu prosesdə fəal iştirak edirlər və bunu özlərinin vəzifə borcundan daha çox mənəvi borcu hesab edirlər.
    Mən bir məsələylə bağlı həm hörmətli Sahibə xanım Sizdən, həm müvafiq komitələrdən istərdim bir xahiş edəm; Məlumdur ki, Şəhid və şəhid ailəsi statusunun verilməsi qaydaları haqqında qanun 1993 -cü ilin sentyabr ayında qəbul olunub. Həmin dövrdən bu yana Azərbaycan böyük nailiyyətlər əldə edib. Bizim ən böyük nailiyyətimiz, təbii ki, ötən il noyabr ayının 10da olan Zəfər qələbəmizdi. Cənab Prezidentimizin dediyi kimi, Vətən müharibəsində qazandığımız Zəfər qələbəmizin başlıca səbəbkarı Şəhidlərimiz olubdur. Heç şübhəsiz qeyd etdiyimiz kimi, onlara-şəhid ailələrinə olunan qayğı çox yüksək səviyyədədir. Lakin həm birinci Qarabağ müharibəsində, həm də sonradan aprel döyüşlərində həlak olan döyüşçülərimiz var ki, onlara şəhidlik statusu verilmir. Burda birmənalı yanaşma ola bilməz. Əgər hərbi xidmət dövründə cinayət törədirsə və həmin cinayətinnqarşısı qanunamüvafiq qaydada alınırsa, bu başqa məsələdir. Ancaq həlak olan şəxs fərqi yoxdur ya birinci Qarabağ müharibəsində, yaxud da aprel döyüşlərində həyatını itiribsə o, Vətən yolunda həlak olan Şəhid adlandırılmalıdır. Bu, şübhəsizdir. Fikrimi bir fakt üzərində əsaslandırmaq istərdim. Qaradağ rayonunun Ələt qəsəbə sakini Həsənov Təbriz Bəxtiyar oğlunun üzləşdiyi problemi qaldırmaq istəyirəm. Bu şəxs çox nümunəvi döyüşçü olub. Aprel döyüşlərində düşmən tərəfindən açılan gülləylə deyil, xidmət keçdiyi əsgər yoldaşının diqqətsizliyi üzündən açılan gülləylə həlak olub. Ona şəhid adının verilməsi, təbii ki, valideynləri üçün bir təskinlik olar. Yəni həmin dövrdə həkk olub, şəhid statusu verilməyən kateqoriyaya fikrimcə baxmağın zamanıdır. Çünki, 1993-cü ildə qəbul olunan qanunlarda, qeyd etdiyimiz kimi, reyest, uçot sistemi tam aparılmamışdır, bu kimi sui-istifadə halları çox idi. Ona görə də əgər əsgər nümunəvi xidmət göstəribsə, xüsusilə döyüş bölgələrində olan hərbi hissələrdə xidmət edibsə və hər hansı bir cinayət törədərkən yox, müəyyən diqqətsizlik üzündən həlak olubsa, məncə onlara da şəhidlik statusununbverilməsi məqbul hesab oluna bilər. Fikrimcə qardaş Türkiyə Respublikasında şəhidlik statusunun verilməsi bu kimi məqbul hallar var. Qardaş ölkənin ordusunda baş verən bu kimi proseslər bizdən ötəri bir nümunədir.
    Deputatlardan ciddi təklif və müzakirələr Sözügedən qanun layihəsi ilə bağlı çıxış edən millət vəkili Elnur Allahverdiyev isə aşağıdakı fikirləri səsləndirdi:
    - Dövlətimiz şəhid ailələri, qazilər, müharibə iştirakçılarının problemlərinə çox böyük həssaslıqla yanaşır. Bu kontingentdən olan vətəndaşlarımızın müalicə və bərpa prosesi, mənzillə təminatı, onlara təqaüdlərin ayrılması ciddi diqqət və qayğı tələb edən məsələlərdir. Bu baxımdan nəzərinizə bir məqama yônəltmək istəyirəm.
    Tarixi qələbə qazandığımız Vətən müharibəsindən sonra şəhid ailələrinə, müharibədə yaralanmış qazilərimizə ayrılmış təqaüdlərin miqdarında ciddi artım oldu. Ancaq eyni zamanda müharibə iştirakçılarının aldıqları təqaüd həmin səviyyədə qaldı. Bu həm birinci Qarabağ müharibəsi iştirakçılarına, həm də Vətən müharibəsi iştirakçılarına aiddir. Fikrimcə biz bu məsələni bir daha müzakirə edə bilərik, üzərində düşünməliyik və müharibə iştirakçılarının aldıqları təqaüdlərin artırılmasının mümkünlüyünü araşdırmalıyıq.
    Deputatlardan ciddi təklif və müzakirələr Ardınca millət vəkili Aqil Abbas bir qədər də emisiyalı çıxış edərək dedi:
    - Həqiqətən də o vaxt Qarabağ müharibəsinə könüllü gedənlərdən bəziləri hətta evini, maşınını sataraq avtomat almışdı. Mən Ağdamdabunun dəfələrlə şahidi olmuşam; bLənkərandan, Qazaxdan Naxçıvandan, Bakıdan 4-5 uşağını evində qoyub könüllü gəlib vuruşüb şəhid olublar və ya yaralanıb qazı olublar, yaxud da veteran olublar. Bütün deputatlardan yəqin ki, belə sorğular var. Kəndə getmək mümkün deyil. Hamı gəlir ki, qardaş bax, əlimdə hərbi biletin, avtomatımın nömrəsi, xidmət elədiyim hərbi hissənin nömrəsi, avtomatı təhvil verdiyim vaxtın peçatı və sair var.
    Mənə deyirlər ki, sən könüllü gəlmisən. Mən niyə veteranlıq ala bilmirəm. Özü də deyirlər ona görə yox ki, veteran pulu verəcəklər. Bu barədə qətiyyən düşünmürük. Biz uşaqlarımızı, nəvələrimizi inandıra bilmirik ki, müharibədə vuruşmuşuq. Deyəcəklər ki, bəs niyə veteranlıq haqqında sənədin yoxdu.
    İndi veteranlarla bağlı Nazirlər Kabinetində belə bir komissiya yaradılıb. Parlamentdə bizim də Ziyafət müəllimin rəhbərliyi ilə təhlükəsizlik komitəmiz var. Biz xahiş edirik ki, ordan da həmin komissiyada bir nümayəndənin olsun. Ümumiyyətlə, həmin komissiya işini gücləndirin. Yəqin ki, bu komissiyanın möhtərəm Prezident o keçmiş veteranların, döyüşçülərin müraciətini əsas tutaraq yaradıb. Qoy komissiya işini bir qədqr də gücləndirin və bu məsələ də həll olunsun. Yəqin ki, bu məsələnin həlli o qədər də mürəkkəb iş deyil
    Deputatlardan ciddi təklif və müzakirələr “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanununda dəyişiklik edilməsi barədə hesablayıcı komissiyanın sədri, millət vəkili Eldar Quliyev çıxışı zamanı aşağıdakı fikirləri səsləndirdi:
    - Bu gün müzakirə etdiyimiz “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Qanun layihəsi hörmətli Prezidentimiz İlham Əliyev cənablarının dediyi kimi, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində həqiqətən də Azərbaycan vətəndaşının dayandığını bir daha sübut edir. Bu Qanun layihəsində nəzərdə tutulan dəjyişikliklər hər bir vətəndaşımızı istər əmək fəaliyyəti və istərsə də təqaüdə çıxdıqda əlavə qayğılardan və sənədlər təqdim etməkdən azad edir. Nəzərdə tutulan dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, bu Qanun layihəsi qəbul edildikdən sonra vətəndaşlar əmək fəaliyyəti dövründə özləri ilə dövlət sosial sığorta şəhadətnaməsi daşımaqdan və onu təzə iş yerlərınə təqdim etməkdən azad olunurlar. Bu da onu göstərir ki, son vaxtlar əhalinin sosial təminatı sistemində hörmətli Prezidentimizin tapşırıqlarına uyğun çox əhəmiyyətli islahatlar aparılır. Bu islahatların nəticəsidir ki, respublikamızda “ASAN” xidmət və “DOST” xidmət mərkəzlərinin sayı və göstərilən xidmətlərin dairəsi ildən-ilə getdikcə genişlənir. Məhz buna və digər sahələrdə həyata keçirilən uğurlu islahatlara görə ölkəmiz ardıcıl olaraq dünyanın “Ən islahatçı 10 ölkəsi” sırasında yer alır.
    Bildiyiniz kimi, hər bir dövlətin qarşısında duran ən ümdə vəzifələrdən biri ölkə əhalisinin sosial-rifah halının yaxşılaşdırılması, onların layiqli pensiya təminatının təşkil edilməsidir. Respublikamızda bu istiqamətdə daim müvafıq tədbirlər görülür, əmək haqqlarının, sosial müavinətlərin və pensiyaların artırılması həyata keçirilir. Digər tərəfdən, bu işlərin yerinə yetirilməsi, məlumatların daim təzələnməsi, uçotun dəqiq aparılması və digər məsələlər çoxlu vaxt, vəsait və əmək sərfi tələb edir. Bunu nəzərə alaraq mövcud informasiya texnologiyalarından istifadə etməklə, sosial sahədə əhaliyə göstərilən xidmətlərin vahid internet portalı üzərindən təqdim edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin nəzdində “e-sosial.az” saytı istifadəyə verilmişdir. Məhz bu saytın texniki imkanlarından istifadə etməklə dövlət sosial sığorta sistemində fərdi uçotun qanun layihəsində nəzərdə tutulan dəyişikliyə uyğun təşkili mümkündür. Ona görə də hesab edirəm ki, sosial sahədə fərdi uçotun layihədə göstərilən qaydada formalaşması təqdirəlayiqdir. Mən qanun layihəsini dəstəkləyirəm və onu hazırlayanlara öz təşəkkürümü bildirirəm.
    Bununla yanaşı, bir məsələni də hörmətli həmkarlarımın nəzərinə çatdırmaq istəyirəm. Qanun layihəsinə əlavə edilmiş qeyddə göstərilir ki, “Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi”ndə sığorta olunanlara məxsus sosial sığorta nömrəsi onların şəxsiyyət vəsiqəsinin FİN nömrəsi ilə əlaqələndirilmişdir. Lakin bu barədə qanun layihəsində heç bur müddəa yoxdur. Bu da hər bir sığorta olunanda sual doğurur və onun öz şəxsi hesabındakı məlumatları əldə etməsində çaşqınlıq yarada bilər. Eyni zamanda vətəndaşların yaşı, yaşayış yerlərini dəyişməyə görə şəxsiyyət vəsiqələri dəyişdikdə onun FİN nömrəsinin sabit qalacağı və ya dəyişəcəyi də müəyyən deyil. Əgər FİN nömrəsi dəyişərsə, bu barədə kimin hara müraciət edəcəyi də məlum deyil. Yaxşı olar ki, Əmək və Sosial Siyasət Komitəsi bu məsələlərə aydınlıq gətirsin.
    Beləliklə, müzakirəyə çıxarılan qanun layihələri səsə qoyularaq qəbul edildi.

    Bəradər Seyfullaoğlu

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ