Sizin reklam burada
Sizin reklam burada
  • Beynəlxalq konfransda azərbaycanlılara qarşı törədilmiş soyqırım aktları müzakirə edilib

    Beynəlxalq konfransda azərbaycanlılara qarşı törədilmiş soyqırım aktları müzakirə edilib Martın 29-da Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə “Azərbaycanlılara qarşı soyqırım və vandalizm aktlarına siyasi və hüquqi qiymət verilməsi istiqamətində Avropa məkanında səylərin konsolidasiyası” mövzusunda onlayn formatda beynəlxalq konfrans keçirilib. Avropada fəaliyyət göstərən siyasi ekspertlərin, beynəlxalq jurnalistlərin, media qurumlarının rəhbərlərinin, Azərbaycanın Avropada fəaliyyət göstərən səfirlərinin, tanınmış siyasi xadimlərin və ziyalılarıniştirak etdiyi konfransa Milli Məclisin deputatları –Musa Qasımlı, Rüfət Quliyev, Qənirə Paşayeva və Elman Nəsirov qatılıblar.
    Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov tədbiri giriş sözü ilə açaraq Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələrin və soyqırımlarında həkk olunduğunu bildirib. Xüsusən son iki əsrdə erməni millətçilərinin Azərbaycan əhalisinə qarşı həyata keçirdikləri qanlı aksiyaların və soyqırımların miqyasının bilindiyindən daha çox olduğunu vurğulayan Sahil Qasımov Azərbaycan tarixinin müsibətlərlə dolu bu səhifələrinin dünyada və Avropada tanıdılmasının vacibliyinə toxunub.
    Tədbirdə çıxış edən Milli Məclisin deputatı Musa Qasımlı ermənilərin Azərbaycanda törətdikləri soyqırım və vandalizm aktlarının Azərbaycanda yaşayan digər bütün xalqlara qarşı da yönəldiyinin, onların xristian əhalini də kütləvi qırğına məruz qoymalarının tarixi mənbələrdə və arxiv materiallarında təsbit olunduğunu bildirib. Deputat ermənilərin soyqırım və vandalizm siyasətini Azərbaycanda yaşayan bütün millətlərin və dini konfessiyaların məsələsi kimi dəyərləndirib.
    Konfransdadigər çıxış edənlər də iki yüz ildən artıqdır erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, deportasiya və soyqırım cinayətləri, xüsusən 1918-ci ilin mart-aprel aylarında erməni-daşnak silahlı dəstələri tərəfindən Bakıda, Qubada və digər məntəqələrdəazərbaycanlı əhalini qətliamlara məruz qoymasıbarədə danışıblar.
    Tədbir iştirakçıları azərbaycanlılara qarşı həyata keçirilən soyqırım və vandalizm aktlarına Avropa məkanında siyasi və hüquqi qiymətin verilməsinə nail olmaq üçün səylərin birləşdirilməsininvacibliyini vurğulayıblar.
    Konfrans iştirakçıları Ermənistanın Azərbaycan torpaqlarını işğal zamanıvə işğalda saxladığı 30 ilə yaxın müddətdə həm azərbaycanlılara qarşı, həm də Azərbaycanın maddi-mədəni, tarixi abidələrinə, mədəni nümunələrinə qarşı törətdiyigenosidin miqyasından ürək ağrısı ilə söz açıblar. Onlar Azərbaycanın 44 günlük Vətən müharibəsini zəfərlə sonlandırıb torpaqlarını erməni işğalçılarından azad etməsinin regiondadavamlı sülhə və gələcək inkişafa möhkəm zəmin yaratdığını vurğulayıblar.Bu yeni imkanlardan bütün region ölkələrinin tam yararlanması üçün ilk növbədə Ermənistanın revanşist cəhdlərdən, təxribatlardan, ən əsası faşist ideologiyasındanəl çəkməsinin vacibliyini qeyd ediblər.
    Tədbirdə çıxış edənlər sözü gedən soyqırım və vandalizm aktlarına siyasi-hüquqi qiymətin verilməsi üçün bu sahədə aparılan tədqiqatların dərinləşdirilməsinin, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasının, maarifləndirici materialların və tədbirlərin artırılmasıınınvacibliyini qeyd ediblər.
    Konfransda Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov,ölkəmizin Ukraynadakı səfiri Elmira Axundova, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyli və digər rəsmi şəxsləriştirak ediblər.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ