Sizin reklam burada
Sizin reklam burada
  • YAP Lerik rayon təşkilatının video formatda onlayn hesabat yığıncağı keçirildi

    YAP Lerik rayon təşkilatının video formatda onlayn hesabat yığıncağı keçirildi YAP Lerik rayon təşkilatının 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş video formatda onlayn hesabat yığıncağı keçirildi.Yığıncaqda rayon təşkilatının İdarə Heyəti və Şura üzvləri, ərazi ilk partiya təşkilatı sədrləri və fəal YAP üzvləri, eyni zamanda Milli Məclisin deputatı İqbal Məmmədov, YAP İcra Katibliyinin bölgə üzrə təmsilçisi Ramil Mirzəyev iştirak edirlər.
    Tədbiri rayon təşkiatının sədri Cəlil Baxşıyev açdı. İlk öncə təşkilatın vəfat etmiş üzvlərinin, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
    YAP rayon təşkilatının sədri Cəlil Baxşıyev rayon təşkilatının 2020-ci ildəki fəaliyyəti və qarşıda duran vəzifələr barədə, rayon təşkilatının Qadınlar Şurasının sədri Arzu Vəliməmmədova, rayon təşkilatının Gənclər Birliyinin sədri Nüsrət Kərimov geniş məruzə ilə çıxış etdilər.
    Hesabat yığıncağında Şura üzvü Gültəkin Şıxəliyeva, ilk partiya təşkilatı sədri Qurban Ağayev, Milli Məclisin deputatı İqbal Məmmədov, YAP İcra Katibliyinin bölgə üzrə təmsilçisi Ramil Mirzəyev çıxış etdilər. Çıxışlarda YAP Lerik rayon təşkiatının qabaqcıl və yüksək fəallığı ilə seçilən bir təşkilat olduğu, illik hesabatın müsbət qiymətləndirildiyi qeyd olundu və fəaliyyəti qənaətbəxş qiymətləndirildi.
    Tədbirin sonunda sədr əldə olunmuş bu uğurların heçdə araxayınçılıq yaratmayacağını və işlərini 2021-ci ilə dair təşkilatın fəaliyyət istiqamətlərini müəyyənləşdirən Tədbirlər planına uyğun qurmaqla YAP İcra Katibliyi tərəfindən qarşıya qoyulan vəzifənin yerinə yetirilməsi üçün səy və bacarığımızı əsirgəməyəcəklərini diqqətə çatdırdı.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ