Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin payız sessiyasında növbəti iclası keçirilib

    Milli Məclisin payız sessiyasında növbəti iclası keçirilib Dekabrın 11-də Milli Məclisin payız sessiyasında növbəti iclası keçirilib.
    İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova dünən Azadlıq Meydanında keçirilmiş möhtəşəm Zəfər paradından danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən bu parad Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
    Vətən Müharibəsində işğalçı Ermənistan silahlı qüvvələrini darmadağın edərək dövlətimizin ərazi bütövlüyünü bərpa etmiş, döyüş meydanında nəyə qadir olduğunu göstərmiş Azərbaycan Ordusunun əzmini və qüdrətini bütün dünya bir daha görüb yəqin etdi.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ