Sizin reklam burada
Sizin reklam burada
  • Moskvada erməni nazirin sərsəm açıqlamasına deputatdan cavab

    Moskvada erməni nazirin sərsəm açıqlamasına deputatdan cavab “Ermənistan xarici işlər nazirinin Moskva səfərində hüquqa zidd fikirlər səsləndirməsi ilk növbədə daxili auditoriyaya hesablanmışdır. Çünki Ermənistanda daxili ictimai-siyasi vəziyyət son dərəcə kritikdir”.
    Bunu Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.
    Deputat qeyd edib ki, Ermənistanda fasiləsiz mitinqlər və Paşinyana qarşı istefa tələbi, hər zaman olduğu kimi ultra millətçiləri önə çıxarmışdır: “Aydın məsələdir ki, erməni cəmiyyəti mifik xəstəliyə tutulmuş və burada sağlam siyasi düşüncələr məhvə məhkumdur. Ona görə də, istər müxalifət və yaxud iqtidar öz siyasi karyeralarını anti-türk, anti-azərbaycan ritorikası üzərində qurmağa çalışır.
    İkinci məsələ, bəzi Qərb dairələrindən, konkret olaraq Fransadan aldıqları tapşırıqlarla bağlıdır. Fransa dövlətinin Şərqi Aralıq dənizində Yunanıstanı və yunan Kiprini Türkiyə əleyhinə. Qafqazda isə erməniləri Azərbaycan əleyhinə təhrik etməsi geosiyasi proseslərdə öz məqsədləri üçün istifadə etməsi heç kim üçün sirr deyil”.
    N.Məhəməliyev bildirib ki, bu günün reallığı başqadır: “İndiki halda, üçtərəfli bəyannamə icra olunur. Ermənistanın vəziyyəti elədir ki, əksər məsələlər onun iştirakı olmadan həllini tapır. Ordu yoxdur, sərhədlərini belə mülki şəxslər, milis dəstələri qoruyur. İqtisadiyyatı bərbaddır. Əgər Paşinyan istefa verməsə, vətəndaş müharibəsi qaçılmazdır.
    Elə yenicə təyin olunmuş Ara Ayvazyanın da vəzifədə qalması saylı günlərə bağlıdır. Ümumiyyətlə kimin vəzifədə olmasından asılı olmayaraq, ermənilər yaranmış son tarixi şəraitdən düzgün nəticə çıxararmaq əvəzinə konfrantasiya yolunu tutsalar, vəziyyətləri daha da acınacaqlı olacaqdır.
    Azərbaycan Prezidenti İlham Əliyevin bir sözünü xatırlatmaq yerinə düşər. “Biz elə bir vəziyyət yaratmışıq ku, Ermənistan proseslərin obyektidir, subyekti yox”. Yəni əsas məsələlər Ermənistanın iştirakı olmadan aparılır. Nəticəni özünüz çıxarın”.
    Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ara Ayvazyan dekabrın 7-də Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
    Ermənistan naziri deyib ki, Azərbaycan və onun regional sponsoru Türkiyə və onların muzdluları olan xarici terrorçular Qarabağa gətirilib.
    Azərbaycan və Türkiyə Dağlıq Qarabağ bölgəsinə muzdluların gətirilməsinı dair iddiaları bundan əvvəl qətiyyətlə rədd ediblər.
    Ermənistan və onun havadarları belə iddialara sübut göstərməyiblər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ