Sizin reklam burada
Sizin reklam burada
  • Plenar iclasdan

    Plenar iclasdan YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynovun Milli Məclisin noyabrın 20-də keçirilən iclasındakı çıxışı

    Xəbər verildiyi kimi noyabrın 20-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasın gündəliyinə daxil edilən məsələlər ətrafında yetərincə çıxışlar oldu, ayrı-ayrı məsələlərlə bağlı deputatlar təklif və rəylərini bildirdilər. "Azərbaycan Respublikasının iqtisadi gündəliyinin əsasları haqqında" Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə ikinci səsverməylə bağlı çıxış edən millət vəkillərindən Aydın Hüseynovun səsləndirdiyi fikirlər yetərincə diqqət çəkdiyindən çıxış olduğu kimi veririk:
    -...Çalışacam bir qədər yığcam danışım, çünki, dilə gətirəcəyim fikirləri məndən öncə çıxış edən hörmətli deputat həmkarım Siyavuş Novruzov artıq səsləndirdi. O, çox düzgün ifadə etdi ki, bu gün müstəqilliyimizin ideoloji əsasları və təşkilatlanma prinsipləri, məhz Yeni Azərbaycan Partiyasının (YAP) təşəkkül tapmasından başlanıb. YAP-ın nizamnaməsindən iki sətri diqqətinizə çatdırmaq istəyirəm:
    -Yeni Azərbaycan Partiyasının ali məqsədi Azərbaycan Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, sabit, sosial yönümlü iqtisadiyyatın yaranması və iş prinsipləri; -Dağlıq Qarabağ üzərində (fəaliyyətinin istiqamətləri-A.H) Konstitusiya səlahiyyətlərinin bərpa edilməsi.
    Göründüyü kimi, Ulu Öndərimizin zəkasından yaranan Yeni Azərbaycan Partiyası və məhz nizamnamənin yazılması böyük düha Heydər Əliyev tərəfindən həyata keçirilmişdir. Bu uzaqgörən siyasət hazırda öz təntənəsini yaşayır və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən-Yeni Azərbaycan Partiyasının möhtərəm sədri tərəfindən bu imzalar, bu nailiyyətlər, bu qələbələr silsilə şəklində bir-birini əvəzləməkdədir. Bu mənada bütün nailiyyətlərimizin təməlində Ulu Öndər Heydər Əliyev dayanır, onu həyata keçirən Silahlı Qüvvələrin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz İlham Əliyev və yenə bir imza da var ki, o da Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Heydər oğlu Əliyevdir.
    Cənab Prezidentimiz başda olmaqla, Azərbaycan cəmiyyətində nüfuz qazanan Yeni Azərbaycan Partiyasının bütün üzvlərini, təəssübkeşlərini, tərəfdarlarını ürəkdən təbrik edirəm. 28 il bundan oncə, 1992- çi il noyabr ayının 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası məhz dahi şəxsiyyətin rəhbərliyi ilə formalaşaraq yaranmışdır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ