Sizin reklam burada
Sizin reklam burada

30 ilin həsrətinə son qoyuldu!

30 ilin həsrətinə son qoyuldu! Əli Əliyev,
Bakı şəhəri 30 saylı Notariat Oofisinin notariusu

Ədliyyə işçiləri öz peşə bayramlarını ayrı ovqatda qeyd edəcəklər


22 noyabr Azərbaycanda ədliyyə işçilərinin peşə bayramıdır. Bu il isə biz bu bayramı tamam başqa ovqatla qeyd edəcəyik. Təbii ki, söhbət Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun Dağlıq Qarabağı erməni işğalından azad etməsi uğrunda apardığı tarixi qələbələrdən gedir. Sözsüz ki, bu barədə bir qədər irəlidə bəzi məsələlərə toxunacağam. Ancaq güman edirəm ki, müfəssəl də olsa, ədliyyəmizin tarixinə nəzər salmaq yerinə düşərdi.
Yada salaq ki, Ədliyyə Nazirliyi 28 may 1918-ci ildə, yəni Azərbaycan Demokratik Respublikasının elan olunduğu gün təsis edilmişdi. Həmin il noyabrın 22-də isə nazirliyin Əsasnaməsi təsdiq olunmuşdu. Təəssüf ki, Qırmızı Ordunun Azərbaycana gəlişi ilə bu sahədə bir çox işlər yarımçıq qaldı.
Bəlkə də Sovet hakimiyyəti illərində ədliyyə daha çox repressiyaya məruz qalan sahələrdən biri olub. Ədliyyə Nazirliyi ləğv edilmiş, bir neçə dəfə başqa adlarla bərpa olunmuşdur. Əslində ondan cəza aparatı kimi istifadə edilməyə cəhdlər göstərilmişdir. Diqqət çəkən məqam isə ondan ibarətdir ki, sovet dönəmində Azərbaycanda Ədliyyə Nazirliyi məhz ulu öndərimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə - 27 oktyabr 1970-ci ildə yenidən təsis edilmişdir. Məhz həmin ildən nazirlik təşkilatı baxımdan bir sabitlik əldə etdi ki, bu da Azərbaycan ədliyyəsinin gələcək inkişafı üçün çox vacib idi. Ona görə də 1970-ci ildən Azərbaycan müstəqillik əldə edənədək olan dövr ədliyyə tariximizin mühüm mərhələsi hesab edilməlidir.
Azərbaycan ədliyyəsinin ən parlaq, hərtərəfli inkişafı məhz müstəqillik illərində - Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdaraq ölkədə hüquqi demokratik dövlət quruculuğunu həyata keçirməsi ilə başlanmışdır. Ümummilli liderin rəhbərliyi altında məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar nəticəsində Azərbaycan ədliyyəsinin dövlət idarəçiliyində rolu əhəmiyyətli dərəcədə artmış, fəaliyyət dairəsi xeyli dərəcədə genişlənmişdir. Təqdirəlayiq haldır ki, sonrakı illərdə dövlət başçısı cənab İlham Əliyev tərəfindən ölkə həyatının bütün sahələrində olduğu kimi, hüquq siyasəti sahəsində də ulu öndərin inkişaf strategiyası uğurla davam etdirilir.
Əgər bu günümüzə qayıdaraq söhbəti davam etdirsək, onda mütləq vacib bir faktoru qeyd etməliyik. İlk növbədə mənfur ermənilərin türklərə, o cümlədən bizlərə qarşı çirkin və yaramaz siyasətinin 200 illik bir tarixi olduğunu artıq sübut etməyə ehtiyac yoxdur. Lakin onlar daim “pusquda dayanaraq” əlverişli şəraitin yaranmasını gözləyirdilər. Mixail Qorbaçov SSRİ-də hakimiyyət başına gələndən sonra belə bir məqam ermənilər üçün göydəndüşmə oldu. Qalırdı o zaman Sovet İttifaqı kimi dünyanın nəhəng dövlətlərindən birində yüksək və məsul vəzifələr tutan Heydər Əliyevi malik olduğu postlardan uzaqlaşdırmaq. Onlar buna da riyakar yollarla nail oldular. Bax, elə “qara günlərimiz” də o vaxtdan başladı. Heç 10 gün keçmədi ki, erməni akademik, Qorbaçovun yaxın silahdaşlarından biri Aqanbekyan Parisdə bəyan etdi ki, Dağlıq Qarabağın statusuna yenidən baxılmalıdır. Hadisələrin sonrası gedişatı barədə çox yazılıb, çox danışılıb. Odur ki, mən bu günümüzün üçün aktual olan bəzi məsələlər barədə öz fikirlərimi bölüşmək istərdim.
Əvvəla, Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz Azərbaycan tarixinin ən parlaq səhifələrini yazdı. Elə bir tarix ki, əsrlərlə yaşayacaq, bir millət kimi bizi daha da gücləndirəcək, yeni inkişaflara aparacaq. 30 il düşmən tapdağında qalan torpaqlaramızın işğaldan azad edilməsi həqiqətən çox böyük qəhrəmanlıq, çox böyük fədakarlıqdır. Düzdür, şəhidlərimiz, yaralananlarımız da oldu. Allah onlara rəhmət eləsin, digərləri tezliklə şəfa tapsınlar.
Təəssüf ki, bu müharibədə erməni xisləti özünü bir daha göstərdi, kəmfürsət qonşularımız dinc sakinlərimizi də hədəfə aldılar. Baxın, onlardan 93 nəfəri həlak oldu, 400-dən çoxu yaralandı. Üstəlik dünyasını dəyişənlər arasında uşaqlar və qadınlar da var. Heyrət ediləsi isə budur ki, dünya bütün bunlara hələ də göz yumur, bizi Xankəndidə erməni kilsəsini zədələdiyimizə görə ittiham edirlər (əslində sözügedən kilsə albanlara məxsus olub, sadəcə fitnəkar ermənilər sonradan onu “özününküləşdiriblər”). Yaxşı ki, qürur duyduğumuz Ali Baş Komandanımız xarici jurnalistlərin bu və ya digər təxribat xarakterli suallarına təmkinlə, ağılla və məntiqlə cavab verir. Çünki həqiqət bizim tərəfdədir.
Heç gizlin deyil ki, çoxları Şuşanın geri alınmasına inanmaq istəmirdi. İlham Əliyev özünü dünyada kifayət qədər tanıdan bir siyasətçi idi. Bu Vətən müharibəsində isə o, özünü həm də əsl sərkərdə kimi göstərdi. 44 günə Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu düşmən tapdağından azad etmək həqiqətən inanılmaz bir qələbədir!
Azərbaycan Ordusu hərb tariximizə qızıl hərflərlə yazılacaq bir nümunə qoydu. Bu qələbə barədə hələ çox yazılacaq, çox deyiləcək! Həqiqət isə bundan ibarətdir ki, xalqımız öz arzusuna, öz torpaqlarına qovuşdu. Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyev dünyaya, bədxahlarımıza sübut etdi ki, Azərbaycan xalqı, onun güclü ordusu nəyə qadirdir!

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ