“Düşmən məqsədyönlü şəkildə və metodik olaraq mövqelərindən sıxışdırılır” - MN
Siyasət
3-11-2020, 10:23
402
Ermənistan tərəfinin cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun bölmələrinin guya əvvəlki mövqelərinə atıldığı barədə yaydığı məlumat tamamilə həqiqətə uyğun deyil. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib: Azərbaycan Ordusu cəbhənin bütün sahələrində düşmən üzərində tam taktiki və atəş üstünlüyünə malikdir. Düşmən məqsədyönlü şəkildə və metodik olaraq mövqelərindən sıxışdırılır.