Sizin reklam burada
Sizin reklam burada
  • Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

    Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib:
    "Hörmətli cənab Prezident,
    Əziz Qardaşım.
    İzmirdə baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.
    Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılması üçün hər cür yardım göstərməyə hazır olduğumuzu bildirirəm.
    Allah rəhmət eləsin!".

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ