Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ölkə iqtisadiyyatının mövcud durumu və inkişaf perspektivləri, bu sahədə aparılan məqsədyönlü islahatar barədə fikirlərini açıqlayıb. O, həyata keçirilən iqtisadi islahatları yüksək qiymətləndirərək, bu istiqamətdə hüquqi bazanın formalaşmasında Milli Məclisin rolunu qeyd edib.Komitənin qanunvericilik fəaliyyətindən danışıb.
Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin sədri Cəlal Əliyev öz çıxışında dövlət iqtisadiyyatının, o cümlədən maliyyə və vergi sahəsinin formalaşdırılması və həyata keçirilməsində parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin fəaliyyətinitəqdir edib.Sonra təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib.Bildirib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi sahibkarlıq subyektərinin bölgüsü meyarlarına əsasən, bank olmayan kredit təşkilatları (BOKT) kiçik və orta sahibkarlıq subyekti sayılırlar.BOKT-lər ailə-kəndli təsərrüfatları, mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə əməkdaşlıq edirlər.
AMFA İdarə Heyətinin üzvü Süleyman Kələşov sahibkarlara, o cümlədən kənd yerlərində yaşayan və çalışan ailələrəmaliyyə xidmətlərinin göstərilməsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Söhbət zamanı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin və ailə-kəndli təsərrüfatlarının maliyyələşməsi, kənd yerlərində yaşayan ailələrin maliyyə resurslarına əlçatanlığının təmin edilməsi sahəsində mövcud durum diqqətə çatdırılıb.Müştərilərə göstərilən xidmətlərin keyfiyyətini müntəzəm olaraq yaxşılaşdırmaq, bu xidmətlərin əhatə dairəsini genişləndirmək və şərtləri təkmilləşdirməküçün təkliflər səsləndirilib.Qarşılıqlı faydalı əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Görüşdə komitə sədrinin müavini Əli Məsimli, komitənin üzvü Vüqar Bayramov, Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva iştirak ediblər.
