millət vəkili
Son aylar Ermənistanın baş naziri Nikol Paşinyan tarixin ironiyası nəticəsində tutduğu vəzifənin eyforiyasından ruhlanaraq regional siyasətdə köklü dəyişikliklər etmək eşqinə düşdü.Xarici havadarlarının dəstəyinə arxalanaraq Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin formatının dəyişdirilməsi, ,,Qarabağ Ermənistandır-nöqtə,, Azərbaycanın qarşısında 7 şərt irəli sürməsi, ,,Yeni ərazilərin işğalı,, konsepsiyasının irəli sürülməsi kimi sərsəm bəyanatlar səsləndirməyə başladı. Atəşkəsi pozmaqla təxribatlar törətdi. Az-çox siyasətlə məşğul olan istənilən normal bir insan düşünə bilər ki, doğrudanmı erməni ordusu belə güclüdür ki, dünyaya meydan oxuyur. Nə beynəlxalq hüquq tanıyır, nə də ki, insani münasibət. Hər addımda, insanlıqdan payı olmayan Nikol Paşinyan adında bu zat erməni ordusunun, ,,intellektual ordu,, oldu.
