Sizin reklam burada
Sizin reklam burada
  • Konsul barədə həbs qətimkan tədbiri seçildi - YENİLƏNİB

    Konsul barədə həbs qətimkan tədbiri seçildi - YENİLƏNİB Səbail Rayon Məhkəməsində Azərbaycanın Türkiyədəki keçmiş səfiri, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının təqdimatına baxılıb.
    Hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub. Faiq Bağırov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
    16:58
    Azərbaycanın Türkiyədəki keçmiş səfiri, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə gətirilib.
    APA-nın məlumatına görə, hazırda Səbail Məhkəməsində hakim Şahin Abdullayev sədrliyi ilə Dövlət Təhülkəsizliyi Xidmətinin təqdimatına baxılır.
    Xatırladaq ki, Ş. Abdullayevə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə), 308.1-ci(vəzifə səlahiyyətlərini aşma) və 311.3.2-ci(külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ