Sizin reklam burada
Sizin reklam burada
  • Qədir bilən xalqımız 15 iyun - Milli Qurtuluş gününü, öz xilaskarının şərəfinə, hər il bayram edir

    Qədir bilən xalqımız 15 iyun - Milli Qurtuluş gününü, öz xilaskarının şərəfinə, hər il bayram edir
    Deputat Nəsib Məhəməliyev

    15-iyun Milli Qurtuluş bayramı, müasir Azərbaycan dövlətçilik tarixinin ən önəmli, şərəfli səhifələrindən biri, stabilliyin, inkişafın əsasının qoyulduğu gün münasibətilə xalqımızın hər bir nümayəndəsini təbrik edirəm. Möhkəm can sağlığı, əmin amanlıq arzulayıram. Həmin gün ümummilli Lider Heydər Əliyev, yaranmış mövcud vəziyyətə görə, torpaqlarını itirmiş, dünyanın siyasi xəritəsindən silinmək və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmış, cənubdan, şimaldan, qərbdən separatçılıqla üzləşmiş dövləti qurmaq üçün xalqın təkidli tələbləri ilə, Azərbaycan Respublikasının Ali Sovetinə sədr seçildi. Bütün çətinliklərə baxmayaraq, Memarı və qurucusu olduğu Azərbaycan adında dövləti hissə hissə tikdi və müasir, stabil, hərtərəfli inkişaf etmiş güclü dövlətə çevirdi. Ona görə də, qədir bilən xalqımız hər il 15 iyun milli Qurtuluş gününü, öz xilaskarının şərəfinə, hər il bayram edir.
    Bayramınız mübarək!!!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ