Brifinqdə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, İnformasiya və kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səməd-zadə, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti, Yasamal rayon məhkəməsinin hakimi Ramin Qurbanov, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəis müavini Fərid Əfəndiyev, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat baş idarəsinin baş məsləhətçisi Zeynəb Dünyamaliyeva, 1 saylı ASAN xidmət mərkəzində Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənəfova, Konstitusiya Araşdırmalar Fondunun prezidenti və Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Səadət Bənəniyarlı iştirak edib.
Konfransda çıxış edən Aynur Sabitova ölkədə koronavirusla mübarizə çərçivəsində görülən işlərdən danışıb.
Sabitova ölkə başçısına, Birinci vitse-prezidentə Azərbaycanda koronavirus pandemiyasının qarşısının alınması istiqamətində gördüyü işlərə görə təşəkkür edib.
Ədliyyə Nazirliyinin də bu təşəbbüslərə qoşulduğunu bildirən A.Sabitova qeyd edib ki, həbsxanada olan şəxslərə yüksək qayğı göstərilib.
A.Sabitova ölkə başçısının sərəncamı ilə risk qrupu hesab edilən yaşı 65-dən yuxarı olan 176 nəfərin əfv edildiyini, 200-ə yaxın məhbusun isə cəzalarının bitməsinə az bir müddət qaldığı üçün azadlığa buraxıldıqlarını diqqətə çatdırıb.
