Gələn ilin dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat, xərcləri isə 26 894,7 milyon manat məbləğində proqnozlaşdırılır.
Sənəd müzakirə edilib və səsverməyə qoyularaq təsdiqlənib.
Deputatlar həmçinin “İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında", “2020-ci il üçün yaşayış minimumu haqqında" və "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrinidə ikinci oxunuşda səsə qoyaraq qəbul ediblər.
Gələn il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat, ehtiyac meyarı isə 160 manat məbləğində müəyyən edilib.
