Sizin reklam burada
Sizin reklam burada
  • Mənəvi dəyərlərimizin qoruyucusu - Mehriban xanım Əliyeva

    Mənəvi dəyərlərimizin qoruyucusu - Mehriban xanım Əliyeva
    Musa Süleymanov
    iş adamı


    Azərbaycan qadını çətin, keşməkeşli bir inkişaf yolu keçmiş və nəticədə cəmiyyətin inkişafının bütün mərhələlərində fəal iştirak etmişlər.
    Bu gün artıq cəmiyyətin ictimai-siyasi həyatında və idarəetmə sistemində mövqe tutan Azərbaycan qadını, müstəqil respublikamızın daha da inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi naminə əzmlə çalışır.
    Heç şübhəsiz qeyd etmək olar ki, məhz dövlətimizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli, uğurlu və səmərəli fəaliyyəti nəticəsində Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştiraka marağı daha da artdı. Mehriban xanımın cəmiyyətimizdə xeyirxahlıq, insanlara əl tutmaq, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyi xarici dövlətlər tərəfindən də yüksək qiymətləndirilir. Çoxlu sayda beynəlxalq mükafatlara layiq görülməsi, xarici səfərləri zamanı respublikamızın maraqlarını əzmkarcasına qoruması dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasına da əvəzsiz təsir göstərmişdir.
    Mehriban xanım Əliyevanın yüksək mədəni dəyərlərə söykənən müsahibələri və çıxışları, muğam sənətinə qayğısı, bu qeyri-maddi irsimizin xarici ölkələrdə təbliği, bir sıra beynəlxalq musiqi festivallarının keçirilməsi ilə bağlı təşəbbüsləri, həmçinin Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər də olduqca təqdirəlayiqdir.
    Mənəvi dəyərlərimizin qoruyucusu olan Azərbaycan qadını timsalında gördüyü bu mötəbər işlərdə Respublikamızın birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya bol uğurlar arzulayır və milli mənəvi dəyərlərimizin cəmiyyətimizdə təbliği istiqamətində onunla birgə olduğumuzu bir daha qeyd edirəm. Doğum gününüz mübarək, əziz və dəyərli Mehriban xanım!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ