Sizin reklam burada
Sizin reklam burada
  • Erməni diasporu Azərbaycana qarşı növbəti təxribatına hazırlaşır

    Erməni diasporu Azərbaycana qarşı növbəti təxribatına hazırlaşır Rusiyada yerləşən erməni diasporu Azərbaycana qarşı növbəti təxribatına hazırlaşır.
    Bu barədə ONA-nın Rusiya bürosuna Moskva Azərbaycan İcmasının rəhbəri Şamil Tağıyev bildirib.
    Onun sözlərinə görə, erməni diasporu mayın 7-də Şuşanın "işğaldan azad olunması" gününə həsr olunan tədbir keçirməyə hazırlaşır: "Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumatda ermənilərin tədbirində Qarabağ müharibəsi iştirakçıları ilə görüş keçiriləcyi qeyd olunub".
    Diaspor nümayəndəsi onu da bildirib ki, ermənilərin növbəti təbliğatı ilə bağlı Rusiyanın hüquq-mühafizə orqanlarına məlum təxribatın qarşısını almaq üçün müraciət ünvanlanıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ