Sizin reklam burada
Sizin reklam burada
  • “Azərbaycan bizim strateji tərəfdaşımızdır” - Gürcüstan XİN

    “Azərbaycan bizim strateji tərəfdaşımızdır” - Gürcüstan XİN Azərbaycan bizim strateji tərəfdaşımızdır. Biz bu məsələyə yüksək həssaslıq və ehtiyatla yanaırıq.
    ONA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani jurnalistlərə açıqlamasında deyib.
    Nazir bildirib ki, yaxın vaxtlarda sərhəd xəttinin demarkasiyası üzrə komissiya öz fəaliyyətinə davam edəcək:
    “Bu müddət ərzində mən azərbaycanlı həmkarımla daimi əlaqədə olmuşam. Biz Azərbaycan tərəfi ilə komissiyanın fəaliyyətinin yaxın gələcəkdə yenilənməsi ilə bağlı razılıq əldə etmişik”.
    Məbəd ətrafındakı yolların bağlanması ehtimalı ilə əlaqəli suala cavab verən gürcü nazir bildirib ki, bu istiqamətdə müzakirələr davam etdiriləcək və bu müddət ərzində mövcud təcrübədən istifadə olunacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ