Sizin reklam burada
Sizin reklam burada
  • Elm və təhsil sahəsinə dövlət qayğısı

    Elm və təhsil sahəsinə dövlət qayğısı İsa Həbibbəyli,
    Akademik, AMEA-nın vitse-prezidenti,
    Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri


    Prezident İlham Əliyevin atdığı addımlar razılıq doğurur

    Dünyada gedən qloballaşma və inteqrasiya prosesləri ölkəmiz üçün yüksək elmi potensiala malik mütəxəssislərin hazırlanmasını tələb edir. Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə diqqət etsək, görərik ki, həmin ölkələrin uğurlarının təməlində elmi-texniki tərəqqi dayanır. Dövlət tərəfindən elmin inkişafına göstərilən yüksək diqqət, eyni zamanda, Azərbaycanın dünya miqyasında tanıdılmasına və layiqli yerinin təmin olunmsına xidmət edir. İqtisadiyyatın inkişafının əsasında elmi tərəqqi dayandığından, prioritetlər düzgün seçilməli və onun üzərində işlər müəyyənləşmiş xətt üzrə aparılmalıdır. Elm və təhsilin inkişafı və bu sahədə mövcud olan bəzi problemlərin aradan qaldırılması istiqamətində ardıcıl işlər görülməkdədir.
    Dövlət başçısı İlham Əliyevin “Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncamı bir sıra problematik məsələlərin həllində, elmi tədqiqatların müasir standartlar səviyyəsində qurulmasında, ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli rol oynadı. Bu gün Azərbaycan elminin beynəlxalq elmi məkanına inteqrasiyası prosesi güclənib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” elm sahəsində həyata keçiriləcək islahatların konseptual əsaslarını özündə əks etdirən növbəti addım oldu. Elmin inkişafını nəzərdə tutan Milli Strategiya Azərbaycan elminin respublikanın iqtisadi inkişafında rolunun artırılmasında, yüksək ixtisaslı kadrların hazırlanmasının təmin edilməsində, mühüm sosial-iqtisadi və ictimai-siyasi vəzifələrin həllində rol oynadı. Artıq Azərbaycanda elmin hüquqi-normativ bazası yaradılıb. Bu və digər sərəncamlar, dövlət proqramlarının icra və tətbiqi Azərbaycan elminin inkişafını sürətləndirir. Bütün bunlarla yanaşı, “Elm haqqında” qanun layihəsi elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsiplərini, elmi fəaliyyətin subyektlərinin və iştirakçılarının hüquq və vəzifələrini, elmi fəaliyyətin təşkilatı, hüquqi əsaslarını müəyyənləşdirmiş oldu. Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin elmi potensialın gücləndirilməsinə yönəlmiş siyasi xəttinin nümunəsidir.
    Bu gün Azərbaycanın hər bir regionunda müasir standartlara cavab verən məktəblər inşa olunur, təhsil müəssisələrində təhsilin keyfiyyətinin artırılması üçün mütəmadi işlər görülür. Azərbaycan təhsil sisteminin modernləşdirilməsi istiqamətində məqsədyönlü islahatlar aparılır. Qəbul olunan dövlət proqramları ölkəmizdə təhsilin yeni, keyfiyyətli inkişafına səbəbdir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində gənclərin dünyanın müxtəlif ölkələrinin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi istiqamətində görülən işlər öz nəticəsini verir. Qeyd olunan sənəd çərçivəsində gənclər doktorantura, rezidentura təhsili almaq hüququ qazanıblar. Təhsil sistemində keyfiyyətin yüksəldilməsi, kdr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, şəffaflığın təmin edilməsi, müasir idarəetmə modelinin tətbiqi və digər müvafiq istiqamtələr üzrə həyata keçirilən islahatlar və tədbirlər uğurla davam etdirilir.
    Bütün bunlarla yanaşı, elm və təhsilin inkişafı ilə bağlı dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə artırılması, elm və təhsil sahəsində çalışan müəllimlərin əmək haqlarında, tələbə, magistr və aspirantların təqaüdlərində özünü göstərməsi, məhz dövlətin milli elmin inkişafı istiqamətinə diqqətin yönəldiyinin bariz ifadəsidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün artırılması haqqında” Sərəncamı, “Doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələri üçün müəyyən edilmiş təqaüdlərin artırılması haqqında” Sərəncamı təhsil sahəsinə dövlət qayğısını gücləndirmək məqsədi daşıyır.
    İstər son 15 ili, istərsə də son bir ili götürsək, Prezident İlham Əliyevin təhsilə, elmə göstərdiyi yüksək diqqətin şahidi olacağıq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ