Sizin reklam burada
Sizin reklam burada
  • KİV: Türkiyə hərbçiləri S-400 raketlərinə görə Azərbaycana gələcək

    KİV: Türkiyə hərbçiləri S-400 raketlərinə görə Azərbaycana gələcək Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərini (ZRK) almazdan əvvəl hərbçilərinin müvafiq kurs keçməsini təşkil etmək istəyir.
    Türkiyə KİV-lərinin verdiyi məlumata görə, bunun üçün türk hərbçilərin Rusiyadan əvvəl Azərbaycana gələcəkləri gözlənilir.
    Qeyd edək ki, Türkiyə Rusiyadan S-400-ləri artıq iyul ayında alacaq.
    Milli Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahının təlimə gedəcək 100-ə yaxın hərbçinin seçiminə başladığı bildirilir.
    S-400-lərlə bağlı kurs keçəcək hərbçilərin Rusiyadan əvvəl Azərbaycanda olacaqları iddia edilir. Onlar Azərbaycanda, xüsusilə S-300 raketləri ilə yaxından tanış olacaqlar.
    Heyət yaz aylarının sonunda Rusiyaya üz tutacaq, 2020-ci ilin yanvarında isə Ankaraya qayıdacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ