Sizin reklam burada
Sizin reklam burada
  • Təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

    Təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 15-də Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib.
    Müdafiə Nazirliyindən verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.
    Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçiriblər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ