Araşdırma zamanı 20 il ərzində ABŞ-də 30 mindən çox yetkinin məlumatlarını izlənib. Nəticələrə görə, qonşularına, dostlarına və ya ailəsinə kömək edən insanların idrak qabiliyyəti yaşla bağlı daha az azalır. Ən böyük fayda, həftədə 2-4 saatını başqalarına yardım üçün ayıran şəxslərdə müşahidə olunub.
Tədqiqatın nəticələri “Sosial elmlər və tibb” jurnalında dərc olunub.
Tədqiqatın rəhbəri Sae Hvanq Han bildirib ki, həm rəsmi könüllülük, həm də qeyri-rəsmi yardım, məsələn, qonşunu həkimə aparmaq, nəvələrə baxmaq və ya kiməsə gündəlik işlərdə kömək etmək beyin sağlamlığına uzunmüddətli təsir göstərir. Digər bir araşdırma da göstərib ki, könüllü fəaliyyət stres və iltihabın mənfi təsirlərini azaldaraq beyni qoruyur.
Mütəxəssislər qeyd edirlər ki, yaşlı insanların sosial və yardım fəaliyyətlərində aktiv qalması, təkcə əhvalı deyil, həm də zehni sağlamlığı qorumaqda mühüm rol oynayır.
