Sizin reklam burada
Sizin reklam burada
  • Bakıda İkinci Süni İntellekt Sammiti işə başlayıb

    Noyabrın 13-də Bakıda İkinci Süni İntellekt Sammiti (AI Summit) keçirilir.

    Tədbir dövlət və özəl sektor nümayəndələrini, beynəlxalq ekspertləri və texnologiya şirkətlərini bir araya gətirib. Məqsəd süni intellekt sahəsindəki müasir tendensiyaların, yeni texnoloji həllərin və əməkdaşlıq imkanlarının müzakirəsidir.

    Tədbir çərçivəsində əsas səhnədə süni intellektin inkişafı ilə bağlı təqdimatlar, müxtəlif sənaye sahələrinə həsr olunan panel müzakirələri, praktiki nümayişlər və ustad dərsləri təşkil edilib.

    Proqramda iştirakçılara süni intellekt texnologiyalarını praktiki şəkildə sınaqdan keçirmək, yeni həllərlə tanış olmaq və bu sahədə fəaliyyət göstərən mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq imkanları yaradılır.

    Sammit “Uzadılmış indi” konsepti əsasında təşkil olunur. Tədbirdə süni intellektin müxtəlif sahələrdə tətbiqi və Azərbaycanın rəqəmsal inkişaf perspektivləri diqqət mərkəzindədir.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ