![]()
"Sükut içində addımlar" filminin çox vacib mövzusu və özündə bir sıra qeyri-adi hekayələri var. Çünki burada işğaldan azad edilmiş torpaqların minalardan təmizlənməsi prosesi və eyni zamanda bu işdə çalışan qadınlar ön plana çıxır. Film sakit üslubda çəkilsə də, böyük gücə malik ekran əsəridir.
Bunu jurnalistlərə açıqlamasında "Sükut içində addımlar" filminin ssenari müəllifi İsmayıl İman deyib.
"Maraqlı məqamlardan biri də o oldu ki, mən filmin qəhrəmanlarından yalnız biri ilə şəxsən görüşmüşdüm. Digər qəhrəmanları isə əvvəlcədən qeydə alınmış müsahibələr və onların həyat hekayələri vasitəsilə tanımışdım. Bir tərəfdən, onlarla şəxsən tanış olmasam da, əslində, həyatlarını öyrəndiyimiz və araşdırdığımız üçün onları çox yaxından tanıdım", - deyə o qeyd edib.
