Sizin reklam burada
Sizin reklam burada
  • İtaliya UEFA Millətlər Liqasında Fransanı məğlub edib

    İtaliya milli futbol komandası UEFA Millətlər Liqasının beşinci turunda Fransa yığmasını 3:1 hesabı ilə məğlub edib.

     Milanda keçirilən qarşılaşmada hesabı 10-cu dəqiqədə Fransa millisinin futbolçusu Maykl Olise açıb. 26-cı dəqiqədə Françesko Espozito fərqlənərək hesabı bərabərləşdirib.

    Matçın 60-cı dəqiqəsində İtaliya komandasının penalti zərbəsini Sebastiano Esposito dəqiq yerinə yetirə bilməyib. Lakin üç dəqiqə sonra Davide Frattesi ev sahiblərini hesabda önə keçirib.

    75-ci dəqiqədə Françesko Espozito penaltidən dəqiq zərbə vuraraq oyunda son nöqtəni qoyub – 3:1.

    Bu qələbədən sonra İtaliya yığması 10 xalla A Liqasının 1-ci qrupunda liderliyə yüksəlib. Eyni xala malik Fransa ikinci pillədə qərarlaşıb. Belçika 9 xalla üçüncü, Türkiyə isə xalsız sonuncu yerdədir.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ