Bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov müsahibəsində deyib.
Bu prioritetlərin dövlət maliyyəsinin idarəedilməsinə təsirinə gəldikdə isə, palata sədri qeyd edib ki, dövlət auditi ilə bağlı rəqəmsal həllin tətbiqi hesabatlılıq intizamına təsir edəcək.
“Başqa sözlə, hesabatların vaxtında və düzgün təqdim edilməsinə, bəzi hallarda nöqsanların, o cümlədən təhriflərin preventiv üsullarla qarşısının alınmasına, eyni zamanda, data əsaslı qərarların verilməsinə, konsolidə edilmiş maliyyə hesabatlarının auditi dövlət sektorunun maliyyə hesabatlılığının etibarlı, düzgün olmasına dair kafi əminliyin əldə edilməsinə, yəni, təhriflərin məbləğinin azalmasına və ya əhəmiyyətli olmamasına, OMXÇ-in auditi isə strateji idarəetmənin, o cümlədən strateji planlaşdırma institutunun təkmilləşdirilməsinə, sahələr üzrə inkişafı ölçməyə imkan verən daha təkmil indikatorların müəyyənləşdirilməsinə töhfə verəcək”, - deyə Vüqar Gülməmmədov əlavə edib.
