Bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov müsahibəsində deyib.
Palata sədri qeyd edib ki, bioloji müxtəlifliyin rəqəmsal monitorinqi, elektron informasiya sistemlərinin yaradılması və avtomatlaşdırılmış risk qiymətləndirilməsinin texnoloji prioritetlər kimi müəyyən edilməsi, xüsusi mühafizə olunan təbiət ərazilərində qeyri-qanuni fəaliyyətlərin peyk görüntüləri ilə aşkarlanması, daxili nəzarətin gücləndirilməsi və turizm potensialının ödənişli əsaslarla (müsabiqələr vasitəsilə) effektiv realizasiyası dövlət vəsaitlərinin iqlim hədəflərinə uyğun xərclənməsi, ekosistem xidmətlərindən əldə olunan gəlirlərin birbaşa təbiətin bərpasına yönəldilməsi ilə bağlı təkliflər irəli sürmüşük.
“Hesab edirik ki, auditlərin nəticələri 2026-cı ildə iqlim maliyyəsinin daha effektiv idarə olunmasına, vəsaitlərin birbaşa yüksək ekoloji təsirə malik tədbirlərin maliyyələşdirilməsinə yönəldilməsinə və büdcə xərclərinin iqlim hədəfləri ilə uzlaşdırılmasına, habelə OMXÇ (Ortamüddətli xərclər çərçivəsi) üzrə indikatorların təkmilləşdirilməsinə xidmət edəcək”, - deyə V.Gülməmmədov qeyd edib.
