Sizin reklam burada
Sizin reklam burada
  • “Startap” şəhadətnaməsi almış sahibkarların sayı 220-yə çatıb

    Beş mikro və kiçik sahibkara Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış sahibkarların sayı 220-yə çatıb.

    KOBİA-dan bildirilib ki, “Startap” şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının növbəti iclasında KOB subyektlərindən daxil olmuş 14 müraciətə baxılıb.

    Şuranın qərarına əsasən, "Steamland Factory" MMC-nin süni intellekt sistemləri üçün məlumat (data) infrastrukturu xidməti, "Mənzil Park" MMC-nin yaşayış kompleksləri və binaların idarəedilməsi üçün onlayn platforması, "Nooshcard" MMC-nin işçi heyəti üçün rəqəmsal yemək kartı həlli, "Adscreen" MMC-nin taksi sərnişinləri üçün rəqəmsal reklam platforması və "Onrepetitor" MMC-nin onlayn tədris və hazırlıq platforması layihələrinə “Startap” şəhadətnamələri verilib.

    “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.

    Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla https://smb.gov.az/az/nav/startap-sehadetnamesi keçid linki vasitəsilə tanış olmaq olar. Həmçinin “Startap” şəhadətnaməsi ilə bağlı sualı olan KOB subyektləri KOBİA-nın 131 Çağrı mərkəzinə müraciət edə bilərlər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ