Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, sınaq nəticələrinə əsasən, nümunələrdə təhlükəsizlik göstəriciləri üzrə hər hansı uyğunsuzluq aşkarlanmayıb.
Qeyd edək ki, xaricdən gətirilən dondurma məhsulları isə ölkənin gömrük ərazisinə daxil olarkən riskəsaslı nəzarətə cəlb edilir. Yalnız sınaq nəticələri uyğun çıxan məhsulların dövriyyəsinə icazə verilir.
