ADO-G Şirkətlər Qrupu daha bir uğurlu müqaviləyə imza atdı
İqtisadiyyat
4-05-2025, 15:01
391
Bu günlərdə Ər-Riyad şəhərində Ərəbistan Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə keçirilən Müştərək Komissiyanın 8-ci iclası çərçivəsində Səudiyyə Ərəbistanının İnvestisiyaların Təşviqi Təşkilatı (SIPA) və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun birgə təşkilatçılığı ilə Səudiyyə Ərəbistanı - Azərbaycan dəyirmi masası keçirilib.
"Atributinfo.az" xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasını təmsil edən şirkətlər arasında ADO-G Şirkətlər Qrupu ilə Səudiyyə Ərəbistanı Krallığını təmsil edən şirkətlər arasında dənizçilik xidmətləri sahəsində müqavilə imzalandı. Xalqımız, dövlətimiz üçün xeyirli-uğurlu, düşərli olsun!