Bu fikri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif öz sosial şəbəkə hesabında qeyd edib. O bildirib ki, Pakistan hökuməti Pakistan və Azərbaycan arasında qardaşlıq əlaqələrində daha böyük mərhələlərin əldə edilməsinə sadiqdir.
Xatırladaq ki, bazar günü Lahorda Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif və Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovun iştirakı ilə Lahor və Bakı arasında birbaşa aviareysin bərpası mərasimi keçirilib. PIA həftədə iki dəfə Lahor və Bakı arasında birbaşa uçuşlar həyata keçirəcək.
