Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, görüş zamanı İsrailin şəhər nəqliyyatının idarəedilməsi daxil olmaqla, avtomobil və dəmiryol üzrə icra olunan layihələrə dair təqdimatlar edilib, bu sahədə rəqəmsallaşmanın tətbiqi haqqında məlumat verilib.
Qarşı tərəf Azərbaycanla yol nəqliyyatı, o cümlədən dəmiryol nəqliyyatı sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Həmçinin Azərbaycan şirkətlərinin İsraildə həyata keçirilən yol-nəqliyyat infrastrukturu layihələrində iştirakına dair fikir mübadiləsi aparılıb.
