GUAM-ın Katibliyindən bildiriblər ki, iclasda GUAM-a üzv dövlətlərdə gömrük sahəsində aparılan islahatlar barədə məlumat mübadiləsi aparılıb. Qeyd edilib ki, quruma üzv ölkələr gömrük sahəsində əməkdaşlığı daha da gücləndirməlidir.
İclasda yekdilliklə vurğulanıb ki, GUAM ölkələrində gömrük sahəsində aparılan islahatlar quruma üzv ölkələri arasında mal mübadiləsini, həmçinin beynəlxalq ticarət dövriyyəsini artıracaq.
Qeyd edək ki, yanvarın 1-dən GUAM-a sədrlik Gürcüstana keçib.
