Sizin reklam burada
Sizin reklam burada
  • Vergi sistemi ölkəmizin inkişafında müstəsna rol oynayır

    "Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya" mövzusunda keçirilən Forumunda deputat həmkarlarımla iştirak etdik.
    Forumda İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin iştirakçılara müraciətini səsləndirdi."
    Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov deyib. O, həmçinin bildirilib ki, ölkə rəhbərinin müraciətində qeyd edildiyi kimi, vergi sistemi ölkəmizin inkişafında müstəsna rol oynayır və vergi işçiləri həm də dövlətin iqtisadi siyasətinin həyata keçirilməsində mühüm funksiya yerinə yetirirlər:
    "Vergi işçiləri yalnız büdcə gəlirlərinin təminatçısı deyil, həm də iqtisadi sabitliyin və sosial ədalətin qorunması işində önəmli bir missiyanın icraçısıdırlar."- Məşhur Məmmədov qeyd edib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ