"Bəzi işbazların süni qiymət artımına qarşı qərar qəbul edilib.
Ötən gün Nazirlər Kabineti “Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması və uçotu” qaydalarını təsdiq edib.
Bu qayda ilə təxminən 12 adda ərzaq məhsullarının ucuzlaşması gözlənilir. Söhbət çörək, çay, qənd, yağ, düyü və s. kimi zəruri ərzaq məhsullarından gedir.
Hesab edirəm ki, strateji ərzaq məhsullarının qiymətində kəskin artımların qarşısının alınması üçün bu çox vacib qərar oldu. Çünki, süni qiymət artımı zamanı bazarda zəruri ərzaq məhsullarında da artım müşahidə olunurdu. Bu da minimum əmək haqqı ilə dolanan insanlar üçün daha çətin vəziyyət yaradırdı. Bu qayda bazarda şəffaflığı təmin etməklə yanaşı, həm də vətəndaşlarımız üçün strateji ərzaq məhsullarının daha optimal qiymətə təklif edilməsinə şərait yaradacaq. Hökumət bu qaydanı zəruri ərzaq məhsulları ilə yanaşı, zəruri yuyucu vasitələri üçün də tətbiq etsə əhalimizin qayğıları bir xeyli azalmış olar."
"Atributinfo.az"
