İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrin nümayəndələri ilə COP29 müzakirə olundu
İqtisadiyyat
30-04-2024, 11:55
164
Ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti Muxtar Babayevin rəhbərlik etdiyi komanda heyəti ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) nümayəndə heyəti arasında görüş keçirilib. Bu barədə COP29-un rəsmi “X” hesabında paylaşım edilib. Bildirilib ki, əksər inkişaf etmiş ölkələr kimi, İƏİT-ə üzv dövlətlər iqlim dəyişmələrinə qarşı mübarizədə maliyyə məsələlərini genişləndirməkdə mühüm töhfə verəcəklər.