Sizin reklam burada
Sizin reklam burada
  • Ağdam sənaye parkına qoyulacaq investisiyaların həcmi açıqlanıb

    Atributinfo.az xəbər verir ki, Ağdam Sənaye Parkına 176 milyon manat investisiya qoyulacaq.
    Azərbaycan İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər veririk ki, bu vəsait 19 rezident və 6 qeyri-rezident tərəfindən ayrılacaq.
    Həmçinin Ağdam Sənaye Parkında 25 subyekt tərəfindən 1,7 min iş yerinin açılacağı gözlənilir.
    Qeyd edək ki, Azərbaycanın sənaye zonalarında bütünlükdə 134 sahibkarlıq subyekti rezident statusu alıb, bunlardan 68-i istehsal fəaliyyətinə başlayıb. Onların investisiyalarının ümumi həcmi 7,2 milyard manatdan çoxdur.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ