Əldə edilən gəlirin 40.5 faizi vergilərdən, 59.5 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 16.9 faizi torpaq, 23.6 faizi əmlak vergisindən daxil olub.
Göygöl bələdiyyələrinin büdcə gəlirinin 41.6 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.
Göygöl bələdiyyələri 107.700 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisəfə 21 faiz çox deməkdir. İl ərzində Göygöl bələdiyyələrinə 50.200 manat dotasiya ayrılıb.
Bununla yanaşı bələdiyyə büdcəsinə il ərzində avtodayanacaqlardan, bələdiyyə müəssisələrinin mənfəət vergisindən, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarətdən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən bələdiyyə büdcəsinə hər hansı maliyyə vəsaiti daxil olmayıb.
Zahir
"Atributinfo.az"
