Bunu “Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları” mövzusunda keçirilən regional tədbir çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun laboratoriyalarına baxış keçirərkən Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyanın katibi Osama El-Lissy deyib.
Osama El-Lissy ölkə prezidenti tərəfindən həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda qida təhlükəsizliyi sahəsində mükəmməl sistemin yaradıldığını bildirib.
Qeyd edib ki, bu sistem çox uğurlu bir nümunədir: “Həqiqətən digər ölkələr də bu təcrübədən yararlanmalı, ona uyğun şəkildə fəaliyyət göstərməlidirlər. Müşahidələrimə əsasən, deyə bilərəm ki, burada çalışan mütəxəssislər də öz işini çox yaxşı bacarır. Müasir avadanlıq və cihazlarla təmin edilən laboratoriyalarda peşəkar kadrlar fəaliyyət göstərir və bu Azərbaycan xalqının uğurudur”.
