Sizin reklam burada
Sizin reklam burada

Özbəkistan, Azərbaycan və Türkiyə yükdaşıma prosesini daha da sadələşdirməyi hədəfləyir

Özbəkistan, Azərbaycan və Türkiyə yükdaşıma prosesini daha da sadələşdirməyi hədəfləyir Özbəkistan, Azərbaycan və Türkiyə öz ölkələrinin ərazisindən yüklərin daşınması prosesini daha da sadələşdirməyi hədəfləyir.
Bu barədə Özbəkistanın Nəqliyyat Nazirliyindən bildiriblər.
Nazirlikdən bildirilib ki, hazırda Orta dəhliz adlandırılan marşrut üzrə yükdaşımalarda tədricən artım müşahidə olunur.
"Özbəkistanın yükdaşıyıcıları Xəzər dənizi ilə yüklərin daşınmasını artırır. Bu baxımdan biz bu dəhlizin keçdiyi dövlətlərin nəqliyyat orqanları ilə birlikdə ən əlverişli şərait yaratmağı planlaşdırırıq", - deyə Nazirlikdən bildiriblər.
Öz növbəsində, Azərbaycan, Qırğızıstan, Gürcüstan, Türkiyə, Özbəkistan, Türkmənistanın dəmir yolu təşkilatları artıq konteyner bloklu qatarların daşınmasına 70%-ə qədər endirimlər edib.
Qeyd edilib ki, bu yaxınlarda imzalanmış üçtərəfli bəyannaməyə əsasən, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutları çərçivəsində Türkiyə, Azərbaycan və Özbəkistanın tranzit potensialı mövcud problemlərin öyrənilməsi və yüklərin daşınması prosesinin daha da sadələşdirilməsi üçün birgə əlaqələndirilmiş tədbirlər görülməklə inkişaf etdiriləcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ