Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan neftinin qiyməti 118 dolları ötüb

    Azərbaycan neftinin qiyməti 118 dolları ötüb CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 2-də 118.17 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,07 dollar/barel çoxdur.
    Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
    FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 116,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,12 dollar/barel çoxdur.
    Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 90,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1 dollar/barel azdır.
    Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 119,81 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,51 dollar/barel çoxdur.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ