Sizin reklam burada
Sizin reklam burada

İran və Azərbaycan arasında yükdaşıma-tranzit xərclərinin azaldılması ticarətin inkişafı ilə nəticələnəcək – İranlı rəsmi

İran və Azərbaycan arasında yükdaşıma-tranzit xərclərinin azaldılması ticarətin inkişafı ilə nəticələnəcək – İranlı rəsmi İran və Azərbaycan arasında yükdaşıma və tranzit sahələrində xərclərin azaldılması ticarətin inkişafı ilə nəticələnəcək.
Bunu İranın Yol və Nəqliyyat Təşkilatının beynəlxalq tranzit və nəqliyyat idarəsinin baş direktoru Cavad Hedayəti deyib.
C.Hedayətinin sözlərinə görə, hazırda İran və Azərbaycan arasında yükdaşıma və tranzit xərclərinin qarşısında duran maneələrdən biri xərclərdir.
Hedayəti əlavə edib ki, İran və Azərbaycanın ticarətinin inkişafı qarşısında duran maneələrə rüsumların mürəkkəbliyi, icazə blanklarının sayını əlavə etmək olar: İki ölkə arasında rüsumlar qarşılıqlı olaraq hər bir tərəf üçün misal olaraq bir neçə milyon dollardır. Halbuki bu iki ölkənin ticarəti və tranzitinə böyük mənfi təsir göstərir. Amma bu rüsumlar azaldılarsa, ticarət və tranzit əlaqələri daha da inkişaf edə bilər".
İranlı rəsmi bildirib ki, nəqliyyat, ticarət əlaqələrinin inkişaf etdirilməsinin əsas infrastrukturlarından biri hesab olunur. İqtisadi baxımdan etibarlı, təhlükəsiz infrastrukturlar təmin olunmadıqca və ucuz yükdaşıma mövcud olmadıqca, heç bir ölkənin ticarəti lazım olduğu səviyyədə inkişaf edə bilməyəcək.
Onun sözlərinə görə, Azərbaycan və İran arasında 10 ay ərzində ticarət dövriyyəsi təxminən 340 milyon dollar təşkil edib. Halbuki iki ölkənin mövcud potensialını nəzərə aldıqda bu rəqəm çox çox aşağıdır: "Bu rəqəmin aşağı olmasının müəyyən bir hissəsini nəqliyyat sektorunda axtarmaq lazımdır. Nəqliyyat sektorunda Azərbaycan və İran 2-3 sahədə əməkdaşlıqlarını artıra bilərlər. Bir sahəsi sərnişinlərin daşınmasıdır. Koronavirus pandemiyası nəticəsində təbii ki, sərnişindaşıma azalıb. Əlbəttə hazırda vaksinasiya ilə bu maneə aradan qalxmaqdadır. Digər sahələr isə ticarət və tranzit sahələridir".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ