Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,1 faiz, bitkiçilik məhsulları üzrə 6,2 faiz artıb.
Təsərrüfatlarda yanvar-fevral aylarında 33,6 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 6,4 faiz çox tərəvəz məhsulları istehsal edilib.
2021-ci ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 85,4 min ton ət, 314,2 min ton süd, 301,7 milyon ədəd yumurta istehsal edilib, 2020-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,0 faiz, süd istehsalı 1,5 faiz artıb, yumurta istehsalı isə 4,5 faiz azalıb.
