Sizin reklam burada
Sizin reklam burada
  • Türkiyədən Azərbaycana polad ixracı artıb

    Türkiyədən Azərbaycana polad ixracı artıb 2021-ci ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana polad ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz artaraq 16,173 milyon dollar təşkil edib.
    Bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
    Fevral ayında polad ixracı 2020-ci illə müqayisədə 4,1 faiz artaraq 7,421 milyon dollara bərabər olub.
    Hesabat dövründə Türkiyənin dünya bazarına polad ixracı 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 6,3 faiz artıb və 2,268 milyard dollara bərabər olub.
    2021-ci ilin yanvar ayında polad ixracı Türkiyənin ümumi ixracının 8,1 faizini təşkil edib.
    Qeyd edək ki, son 12 ay ərzində (fevral 2020 - fevral 2021) Türkiyənin polad ixracı 12,762 milyard dollara bərabər olub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ