Sizin reklam burada
Sizin reklam burada
  • Yararsız vaqon və relsləri kim sökəcək? - Hərracda bəlli olacaq

    Yararsız vaqon və relsləri kim sökəcək? - Hərracda bəlli olacaq "Azərbaycan Dəmir Yolları" QSC (ADY) yararsız vaqonların və relslərin sökülməsi və nəticədə əldə olunan xammalı qurumun ölkə ərazisində müvafiq müəssisələrinə çatdırılmasına dair hərrac elan edib.
    ADY-dən verilən məlumata görə, 4 lot üzrə təşkil olunan hərrac istismara yararsız 83 yük vaqonların doğranılması və sökülməsindən əldə olunan qara metalları, təkər cütlərini, eləcə də yararsız relslərin söküntüsündən əldə olunan dəmir-beton və ağac şpalların "Azərbaycan Dəmir Yolları"nın ölkə ərazisində müvafiq müəssisələrinə çatdırılmasını nəzərdə tütür.
    Hərraca əsasən daşınacaq hər 1 600 ton qara metalın, 3 000 ton təkər cütlərinin, 5 000 ton dəmir-beton şpalın və 5 000 ton ağac şpallarının ilkin start qiyməti (ƏDV daxil) müvafiq olaraq 190 manat, 190 manat, 5 manat və 3 manat təşkil edir.
    Hərracın hər bir lot üzrə iştirak haqqı 200 manatdır. Məbləğ iştirakçı tərəfindən hesaba köçürdükdən sonra tələb olunan sənədlər toplusunu QSC əldə etmək olar.
    Hərrac 9 mart tarixində, saat 11:00-da QSC-nin inzibati binasında keçiriləcək. Hərracın keçirilməsinə 5 gün qalmış hərracda iştirak etmək üçün tələb olunan sənədlərin qəbulu dayandırılacaq. Qalib gələn alıcılarla müqavilələr bağlanılacaq və müqavilə qiyməti 4 bərabər hissəyə bölünməklə alıcıya təhvil veriləcək.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ