Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan mikromaliyyə bazarına manat vəsaitlərinin cəlb olunması üçün xarici investorlarla danışıqlar aparır

    Azərbaycan mikromaliyyə bazarına manat vəsaitlərinin cəlb olunması üçün xarici investorlarla danışıqlar aparır Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) manat vəsaitlərinin cəlb olunması üçün xarici investorlarla danışıqlar aparır.
    Bunu AMFA-nın icraçı direktoru Jalə Hacıyeva deyib.
    Onun sözlərinə görə, məqsəd ondan ibarətdir ki, mikrokredit təşkilatlarının təkrar maliyyələşdirilməsi xarici yox, yerli valyutada aparılsın:
    "Ona görə də xarici vəsaitlərin hedcləndikdən sonra Azərbaycana daxil olması məqsədəuyğundur".
    J.Hacıyeva həmçinin qeyd edib ki, apreldə adətən investorlar Azərbaycana səfər edir və potensial müştərilərlə görüşür:
    "Biz inanırıq ki, bir sıra mikrokredit təşkilatları təkrar maliyyələşdirilmə ilə bağlı xarici investorlarla müqavilələr imzalayacaq".

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ