Sizin reklam burada
Sizin reklam burada
  • “Neftçi" basketbol komandasına yeni baş məşqçi təyin olunub

    "Neftçi" basketbol komandasına yeni baş məşqçi təyin olunub.

    Klubdan verilən məlumata görə, Konstantinos Vasiliadis ilə ilkin olaraq 2026-2027-ci illər mövsümünün sonunadək müqavilə bağlanıb. Mövsümün sonunda isə sözləşmənin müddəti yenidən dəyərləndiriləcək.

    Yunanıstanlı mütəxəssis son olaraq İspaniyanın "Lusentum Alikante" klubunu (2025-2026) çalışdırıb.

    Qeyd edək ki, Konstantinos Vasiliadis zəngin basketbolçu karyerası ilə tanınır. 42 yaşlı mütəxəssis vaxtilə "Olimpiakos", PAOK, "Unikaxa Malaqa", "Anadolu Efes" və "Bilbao Basket" kimi Avropanın önəmli klublarında çıxış edib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ