Sizin reklam burada
Sizin reklam burada
  • Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırdır

    Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlığı başa vurub.

    Komanda Bakıda təşkil olunan təlim-məşq toplanışının son mərhələsini yekunlaşdırıb.

    Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv daha əvvəl Macarıstan və Sloveniyada hazırlıq keçib.

    Qeyd edək ki, Azərbaycan seçməsi Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda millimizin rəqibləri İsveç və Estoniya yığmaları olacaq. Sabah İsveçlə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək matç saat 18:00-da başlayacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ